«Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanını "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 23; 2003, ¹ 9, maddə 484; 2008, ¹ 8, maddə 713; 2009, ¹ 7, maddə 532; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 971 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin Əsasnamənin 3-cü maddəsinin ikinci abzasında, 4-1-ci maddəsinin 1-ci bəndində, 11-ci maddəsinin birinci cümləsində və 12-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;";

1.2.  2.2-ci bənddə "11-ci maddəsində" sözləri "11-ci maddəsinin ikinciüçüncü cümlələrində" sözləri ilə, "1-4" rəqəmləri isə "3 və 4" sözləri ilə əvəz edilsin.

2. Bu fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 27 oktyabr.- S.1.