Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətlə zati-alilərinizə Panama xalqı, Panama Respublikası hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu münasibətlə, Panama Respublikasını və Azərbaycan Respublikasını bir-birinə bağlayan yaxın dostluq və əməkdaşlıq əlaqələrini, ölkənizin rifahı və firavanlığı naminə, cənab Prezident, ən xoş arzularımı ifadə etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə səmimi təbriklərimi çatdırır, yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

 

Rikardo Martinelli BERROKAL,

Panama Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  27 oktyabr.- S. 2.