Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Ölkənizdə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Hüquqşünasların İctimai Birliklərinin Beynəlxalq İttifaqı adından ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin yürütdüyünüz, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət kursunun seçicilər tərəfindən geniş və fəal dəstəklənməsinə parlaq sübutdur. Seçicilərin iradəsi, şübhəsiz, Azərbaycan xalqı tərəfindən Sizə böyük etimadın və ölkədə sabitlik, firavanlıq və rahat həyat kursunun varisliyinin təmin edilməsində Sizin şəxsi xidmətlərinizin xalq tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Prezident seçkiləri və bu seçkilərdə Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz ölkədə demokratik dəyişikliklər prosesinin dərinləşməsini, vətəndaş cəmiyyəti təsisatlarının inkişafını, vətəndaşların seçki hüququnun təmin edilməsini bir daha şəksiz təsdiqlədi.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı və firavanlığı naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

 

 

Andrey TREBKOV,

Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri

Azərbaycan.-2013.-  27 oktyabr.- S. 2.