Heydər Əliyev Fondu beynəlxalq əlaqələrini genişləndirir

 

Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış Heydər Əliyev Fondu Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutan ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi cəhətdən saflaşmasına və yüksəlişinə, milli mədəniyyətin yad təsirlərdən qorunmasına hesablanmış xoşməramlı missiyanın daşıyıcısıdır. Fond yarandığı gündən ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği və qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq, milli mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, xüsusi qayğıya ehtiyac duyan insanlara yaxından kömək göstərmək kimi məqsədləri uğurla həyata keçirir. Fondun fəaliyyəti eyni zamanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, fərqli sivilizasiyaların dialoquna, insanlara xeyirxahlıq, nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir.

Hazırda bu nüfuzlu təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə əlaqədar çoxsaylı tədbirlərin həyata keçirilməsinə yardımçı olmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, birgə elmi tədqiqatların aparılmasına kömək göstərmək, xarici ölkələrin tanınmış elmi tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, qloballaşan dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməks. məsələlərə xüsusi diqqət yetirir. Həmin məsələlər arasında diaspor siyasəti mühüm yer tutur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xarici  ölkələrə səfəri zamanı keçirdiyi bütün tədbirlərdə soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır, ortaya çıxan çətinliklərin qısa müddətdə aradan qardırılmasına nail olur. Görüşlərdə diaspor işinin başlıca vəzifələri müzakirə edilir, fikir mübadiləsi aparılır. Mehriban xanım Əliyevanın Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olur. Hazırda dünyanın müxtəlif ölkələrində 300-ə yaxın Azərbaycan icma və cəmiyyəti fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi uğurla davam edir.

Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti, Ukrayna Azərbaycanlıları Konqresi, Almaniya Azərbaycan Cəmiyyətləri Federasiyası, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının "Turan" Konqresi, Qırğızıstanda "Azəri" İctimai Birliyi, İsveç-Azərbaycan Federasiyası dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görmüşdür. Heydər Əliyev Fondufondun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan diasporunun daha mütəşəkkill qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyət və birliklərin yaradılmasına daim qayğı göstərirlər. Nəticədə yeni icma və birliklərin təşkili tendensiyası digər ölkələri də əhatə edir. Artıq Belarus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan-Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosiasiyası öz qüvvələrini bir mərkəzdə birləşdirərək Azərbaycan diasporunun təşkilatlanması və fəallığının artırılması üçün zəruri tədbirləri görür, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Heydər Əliyev Fondunun apardığı məqsədyönlü işlər sayəsində yalnız 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Kanada, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan cəmiyyəti yaradılmışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi diaspor nümayəndələri tərəfindən yad edilir. Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Qarabağın tarixini özündə əks etdirən bir sıra kitab və nəfis albomlar çap olunur. "Qarabağ xanəndələri" adlı albom, "Qarabağ həqiqətləri" kitabı fondun fəaliyyəti sayəsində işıq üzü görmüşdür.

Mədəniyyətlərarası əlaqə problemi də Heydər Əliyev Fondunun prioritet fəaliyyət sahələri sırasına daxildir. Belə ki, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək bu nüfuzlu qurumun qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda da UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr edilmiş beynəlxalq forum və konfransları keçirilmişdir. 2008-ci il iyunun 10-11-də Bakıda "Gülüstan" sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda müxtəlif dövlətlərdən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, ISESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur. Bundan başqa, "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forumun (29-30 iyun 2010), "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" mövzusunda mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumun (8-9 aprel 2011) Bakıda keçirilməsi də məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nüfuzu sayəsində baş tutmuşdur.

Ümumiyyətlə, BMT-nin ixtisaslaşmış təşkilatı olan və dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası qurumu olan UNESCO ilə əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti əvəzedilməzdir.

Xatırladırıq ki, 1994-cü il noyabrın 18-də Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Ümummilli lider Heydər Əliyevin 1994-cü il tarixli sərəncamı ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır. 2005-ci il sentyabrın 15-də UNESCO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsi nəzərə alınaraq Prezident İlham Əliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında xüsusi sərəncam imzalamışdır. UNESCO ilə Azərbaycan arasındakı əlaqələr Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsindən sonra daha sürətlə inkişaf etməyə başlamışdır.

Bundan başqa, Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. 2010-cu il iyulun 30-da Mehriban xanım Əliyevaya UNESCO-nun "Qızıl Motsart" medalı təqdim olunmuşdur.

2010-cu il iyunun 22-24-də Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının UNESCO-nun baş qərargahında keçirilən növbəti, 3-cü sessiyasında Azərbaycan Respublikası Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv qəbul edilmişdir. Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə 2013-cü il iyulun 18-də Parisdə qurumun baş qərargahında Azərbaycan hökuməti ilə UNESCO arasında Təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Bu saziş təhsil, mədəniyyət, ətraf mühitin qorunması sahələrində Azərbaycan və UNESCO-nun birgə səylərini dəstəkləyən fondun yaradılması istiqamətində mühüm addımdır. Bütün bunlarQeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasının 2013-cü ilin dekabrında Bakıda keçirilməsinin qərara alınması əməkdaşlığın miqyasını və Azərbaycan rəhbərliyinin UNESCO ideallarının təbliğinə yüksək diqqət göstərməsinin təcəssümüdir. O da təqdirəlayiq haldır ki, dövlətimiz qısa bir müddət ərzində UNESCO-nun əksər konvensiyalarına qoşulmuşdur.

Əməkdaşlıq sahələrindən biri də təhsillə bağlıdır. 2005-ci ildən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerlixarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır.

Bununla yanaşı, Heydər Əliyev Fondu hər il "Təhsilə dəstək" layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta, məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərir. Bir sıra xarici təşkilat və şirkətlərin ("World Vision", "JP Morgan", "Exxon Mobil", Rusiyanın "Puşkin kitabxanası" Fondu) fonda hədiyyə etdikləri müxtəlif  adda çoxsaylı nəşrlər ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evləri və internat məktəblərinin kitabxanalarına paylanır. Fond həmçinin hər il yeni nəşrlər də hazırlayaraq təhsil müəssisələrinə göndərir. "Təhsilə dəstək" layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə - Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, PakistanHollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının inşası da belə layihələrdəndir. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompyuter tədris mərkəzi inşa edilərək istifadəyə verilmişdir. 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tiflisdəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmir edilmişdir. 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa olunmuşdur.

Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlərdə iştirakla bu hüququn reallaşdırılması Heydər Əliyev Fondunun əsas fəaliyyətlərindən biridir.

BMT-nin təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyev Fondu dünya diabet günü kampaniyasına qoşulmuşdur. BMT-nin qətnaməsinə uyğun olaraq təşkilata üzv ölkələr hər il noyabrın 14-nü Dünya Diabet Günü kimi qeyd edir. Əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi sahəsində fondun həyata keçirdiyi "Talassemiyasız həyat naminə" layihəsini xüsusilə qeyd etmək lazımdır. Bununla əlaqədar 2005-ci ilin fevral ayının 8-də fondun təşəbbüsü ilə müxtəlif beynəlxalq səhiyyə təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların, yerlixarici şirkətlərin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə "Talassemiyasız həyat naminə" mövzusunda dəyirmi masa keçirilmişdir. Burada Beynəlxalq Talassemiya Federasiyasının birgə əməkdaşlıq imkanları müzakirə edilmiş, eləcə də talassemiyanın müalicəsi və profilaktikası üzrə milli proqramın hazırlanması məsələsi gündəmə gətirilmişdir. Qeyd olunan layihə çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu il mayın 9-da Bakı şəhərində Talassemiya Mərkəzinin açılışı olmuşdur. Bundan əlavə, 2010-cu il avqust ayının 13-də Heydər Əliyev FonduUNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiyatalassemiya üzrə "dəyirmi masa"da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir.

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə təsbit olunmuş normalar çərçivəsində həyata keçirilən əməkdaşlıq kontekstində səhiyyə sahəsində müxtəlif istiqamətlər üzrə qeyri-hökumət təşkilatları və ictimai birliklərin qarşılıqlı fəaliyyətinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Məsələn, 2005-ci il dekabr ayının 9-da "Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında Əməkdaşlıq Sazişi" və bununla bağlı layihə sənədləri imzalanmışdır. Qeyd olunan sənədlər görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya texnologiyalarına çıxışın təmin edilməsinə yönəlmişdir.

Heydər Əliyev Fondu Dünya Səhiyyə Təşkilatının xətti ilə keçirilən tədbirlərdə də yaxından iştirak edir. 2007-ci ildə fondla "Or-Avner" Beynəlxalq Fondu arasında xüsusi saziş imzalanmışdır.

25 yanvar 2008-ci ildə Heydər Əliyev Fondu ilə ABŞ-ın "Uşaqların Xilası" (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanmışdır. Həmin memoranduma uyğun olaraq fizikipsixososial yardım vasitəsilə uşaqların müdafiəsi, onlara zəruri qayğının göstərilməsi, təhsil almalarının təmin edilməsi, habelə sağlamlığı və keyfiyyətli qidalanması sahəsində birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

Əhalinin sağlamlığının qorunması və Azərbaycan səhiyyəsinin inkişafı sahəsində beynəlxalq əməkdaşlığa və inteqrasiyaya xüsusi önəm verən Heydər Əliyev Fondu həm də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə qarşılıqlı fəaliyyətinin genişləndirilməsi işinə də diqqət ayırır. Buna 2010-cu ilin iyul ayının 12-də "Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair" Anlaşma Memorandumunu misal göstərmək olar.

Heydər Əliyev Fondunun dünyanın müxtəlif qurumları və məşhur  qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsində də rolu danılmazdır. Çünki fond xarici dövlətlərdə təmsilçiliyini həyata keçirməklə bərabər, müxtəlif layihələr təşkil edir. Belə ki, 2007-ci ilin may ayında Moskvada və həmin ilin sentyabr ayında Rumıniyanın Buxarest şəhərində, 2008-ci ilin avqust ayında ABŞ-da, sonrakı illərdə Türkiyədə nümayəndəlikləri fəaliyyətə başlamışdır. Nümayəndəliklər digər sahələrlə yanaşı, həmin ölkələrdə əhalinin sağlamlığının qorunmasına yönəlmiş bir sıra tədbirlər də həyata keçirmişdir. 2008-ci ilin avqust ayında İsrailin "Horev" Tibb Mərkəzinin professorları tərəfindən Bakı şəhərinin Zirə qəsəbəsində, habelə Gəncə şəhərində və Yevlax rayonunda qadınlarda onkoloji xəstəliklərin müayinəsi, 2009-cu ilin noyabrında Bakıda Mərkəzi Neftçilər Xəstəxanası, Türk Kardioloqlar Dərnəyi və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının (ACSA) birgə təşkilatçılığı ilə keçirilən "İntervension KardiologiyaExokardioqrafiya kursları" mövzusunda elmi-praktik konfrans çərçivəsində ürək çatışmazlığından əziyyət çəkən 5 xəstə üzərində yerlixarici həkimlərin iştirakı ilə pulsuz cərrahi əməliyyatın aparılması, 2009-cu ildə Ukraynaya göndərilmiş altı azərbaycanlı uşağın bu ölkənin Kiyev şəhərinin Ürək Cərrahiyyə Mərkəzində uğurla əməliyyat olunaraq ailələrinə qaytarılması, 2010-cu ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası tərəfindən Daşkəsəndə 80 xəstənin müayinəsi və 4 nəfərin gözündə cərrahiyyə əməliyyatının keçirilməsi, 2011-ci il dekabrın 21-də Mərkəzi Neftçilər Xəstəxanası Göz Mərkəzinin yüksəkixtisaslı həkim-mütəxəssisləri tərəfindən Şamaxı Müalicə-Diaqnostika Mərkəzində Şamaxı və ətraf rayonların müxtəlif göz xəstəliklərindən əziyyət çəkən 30 sakininin əməliyyat olunması, habelə görmə problemi ilə üzləşən 200-dək şəxsin müayinəsi, 2012-ci ilin mayında Qəbələ Müalicə-Diaqnostika Mərkəzində ilk dəfə böyrək transplantasiyasının həyata keçirilməsi nəticəsində 4 xəstəyə yaxın qohumlarının böyrəyinin köçürülməsi və s. Heydər Əliyev Fondunun sayəsində baş tutmuşdur.

Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun fəaliyyət coğrasiyası artıq ölkəmizin sərhədlərini aşmışdır və bu proses davam edir. Dünyanın bir çox ölkəsində müxtəlif layihələrin reallaşması fondun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Qeyd olunanlara Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş insanlara humanitartibbi yardımların göstərilməsi, habelə 2012-ci ilin mayında Pakistanda keçirilmiş silsilə humanitar yardımlar çərçivəsində İslamabad şəhərində kimsəsizlər evindəki uşaqlar üçün tibbi müayinənin təşkili, onlara hepatit B virusuna qarşı peyvəndlərin edilməsi, Peşavar şəhərində "Akbar Kare" Serebral Paralic İnstitutunda imkansızlar üçün pulsuz müayinənin aparılması, Khayber Paxtunxva əyalətinin Qazni Laki Marvat şəhərində qadınlar və uşaqlar üzərində açıq ürək əməliyyatlarının aparılmasını göstərmək olar. Həmçinin 2012-ci ilin iyununda fondun adından Pakistanın Paxtunva əyalətinin talassemiya, hemofiliyaqan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilinin, eləcə də iki min qanköçürmə paketinin təqdim edilməsi, sözügedən əyalətin göz xəstəxanasının yeni korpusunun tikilməsi və göz xəstəliklərindən əziyyət çəkən imkansız xəstələrin əməliyyat olunması üçün maliyyə yardımının göstərilməsi, eləcə də 2005-ci ildə Gürcüstanın HematologiyaTransfuziologiya İnstitutuna "Desferal" preparatlarının hədiyyə olunması və Rostropoviç-Vişnevskaya Fondu tərəfindən "Hamilə qadınların hepatit B və HİV-ə diaqnostikası və yeni doğulmuş uşaqların hepatit B virusuna qarşı profilaktikası" proqramının həyata keçirilməsi üçün 2011-ci ildə Rostropoviç-Vişnevskaya Fonduna maliyyə dəstəyinin göstərilməsi ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Heydər Əliyev Fondu özünün çoxistiqamətli fəaliyyətində nəzəri problemlərin araşdırılması və tibb elminin tarixi inkişaf tendensiyasının öyrənilməsi işinə də xüsusi diqqət ayırır. Belə ki, 2006-cı ilin iyununda Heydər Əliyev FonduVaşinqton Elmlər Akademiyasının birgə təşəbbüsü ilə keçirilən "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq Konfrans buna bariz nümunədir. ABŞ, AFR, Böyük BritaniyaŞimali İrlandiya Krallığı, Belçika, Bəhreyn, Estoniya, Gürcüstan, İran, İsrail, Misir, Rusiya, Suriya, Türkiyə, Ukrayna, Yunanıstan, habelə bir sıra beynəlxalq təşkilatların - UNESCO, Ümumdünya Tibb Tarixçiləri Cəmiyyəti, Türkiyə Tibb Tarixi Cəmiyyəti, Azərbaycan Tibb Tarixçiləri Birliyi, Vaşinqton Elmlər Akademiyası nümayəndələrinin, tanınmış elm xadimlərinin, xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndələrinin iştirak etdiyi tədbirdə "Bakı əlyazmaları kolleksiyası UNESCO-nun Yaddaş Proqramında", "Orta əsrlərdə Yaxın Şərqdə tibb mətnlərinin tərcüməsi", "Orta əsr Azərbaycan həkimləri və onların əlyazmaları haqqında" mövzusunda elmi məruzələr dinlənilmiş, tibb və əczaçılığın tarixinə dair fikir mübadiləsi aparılmışdır. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan 11 minə qədər əlyazmanın 364-nün tibbə aid olduğu, həmin əlyazmalardan xüsusi əhəmiyyət daşıyan üçünün UNESCO-nun Dünya Yaddaş Proqramının Beynəlxalq registrinə daxil edilməsi barədə iştirakçılara məlumat verilmişdir. Bu nadir nümunələrə XI əsrdə yaşamış Əbülqasim Zəhravinin "Əl-Məqalat əs-Səlasun" ("Cərrahiyyə və alətlər haqqında") çoxcildlik əsərinin 13-cü hissəsi, Əbu Əli ibn Sinanın XII əsrdə Bağdadda üzü köçürülən "Əl-Qanun fit-Tibb" ("Tibb qanunları") kitabının 2-ci cildi, eləcə də Rüstəm Cürcaninin XII əsrdə yazdığı və XVII əsrdə üzü köçürülmüş "Zəxireyi-Nizamşahi" ("Nizamşahın ehtiyatları") əlyazması aiddir. Ümumbəşəri sərvət olandövrün məşhur xəttatları tərəfindən üzü köçürülmüş bu mədəni irs nümunələri Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

Əhalinin sağlamlığının qorunması sahəsində mühüm amil sayılan ətraf mühitin mühafizəsi problemi Heydər Əliyev Fondunun qarşılıqlı əməkdaşlıq münasibətlərinin bir hissəsidir. 2012-ci ildə Braziliyanın Rio de-Janeyro şəhərində keçirilmiş "Rio+20" beynəlxalq konfransına hazırlıq məqsədilə 2011-ci ildə Heydər Əliyev Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında mühüm Anlaşma Memorandumu imzalanmışdır.

Heydər Əliyev Fondu sosial layihələrin həyata keçirilməsində  mühüm işlər görməklə Azərbaycan dövlətinin sosial funksiyasının reallaşdırılmasına əməli kömək göstərir, qadın hüquqlarının müdafiəsi sahəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, o cümlədən yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıga böyük önəm verir.

Fondun ayrı-ayrı istiqamətlər üzrə çoxşaxəli fəaliyyəti dünya mətbuatında geniş işıqlandırılır, müxtəlif beynəlxalq təşkilatlar və ictimai birliklər tərəfindən yüksək dəyərləndirilir. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür. 2009-cu ildə Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Azərbaycanla Fransa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ("Fəxri legionun böyük xaç komandoru") ilə təltif edilmişdir. Bunlardan əvvəl Mehriban xanım Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeninə, "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb. 2012-ci ilin iyununda Azərbaycanın birinci xanımına Krans Montana Forumunun ən ali "Prix de la Foundation" mükafatı təqdim olunub.

Heydər Əliyev Fondu həyata keçirdiyi qlobal layihələrlə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisi statusunda çıxış edir, respublikamızın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə öz töhfəsini verir, eləcə də vətəndaşların problemlərinin həllinə səy göstərir, imkanlarını bu istiqamətdə səfərbər edir. Azərbaycan Respublikasının müxtəlif universalregional beynəlxalq təşkilatlara üzvlüyü, habelə ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin genişləndirilməsi kontekstində çoxsaylı müqavilələrin bağlanması yolu ilə beynəlxalq və dövlətdaxili qurumlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətinin inkişafını daim diqqətdə saxlayır.

 

 

Əmir ƏLİYEV,

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı,

 hüquq elmləri doktoru, professor

Azərbaycan.-2013.- 27 oktyabr.- S.6.