Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin əsası qoyulandan bəri Koreya Respublikası ilə Azərbaycan Respublikasının dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulamaqdan məmnunam.

Əminəm ki, qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri Sizin hakimiyyətdə olduğunuz dövrdə daha da güclənəcəkdir.

Zati-aliləri, xahiş edirəm, Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına isə davamlı çiçəklənmə və inkişaf arzumu qəbul edin.

Hörmətlə,

 

 

Pak Kın HE,

Koreya Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  29 oktyabr.- S. 1.