Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz məni çox sevindirdi. Mən Azərbaycana həmişə dostluq münasibəti bəsləmiş, uğurlarınızdan heyranlıq hissi duymuşam. Vətəndaşlarınızın ölkənizi müasirləşdirmək və onun gələcək inkişafını təmin etmək istiqamətində möhtəşəm səylərinizi yüksək dəyərləndirdiyinə şadam. Mən bir neçə müsahibəmdə Azərbaycanın idman, mədəniyyət, iqtisadiyyat, cəmiyyət və şəhərsalma sahələrində böyük nailiyyətlər əldə etmiş ölkə olduğunu vurğulamışam. Bütün bu tərəqqi prosesləri Sizin fəaliyyətinizin bəhrələridir. Əminəm ki, gələcək illərdə Siz daha parlaq layihələr həyata keçirəcəksiniz.

Sizə bir daha təbriklərimi çatdırıram.

Yaxın gələcəkdə yenidən Sizinlə görüşmək arzusu ilə,

 

 

 

Rafael MARTİNETTİ,

Beynəlxalq Güləş Federasiyasının (FİLA) Büro üzvü

Azərbaycan.-2013.-  29 oktyabr.- S.1.