Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

İcazə verin, Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Əminəm ki, prezidentliyinizin yeni dövründə Azərbaycan ilə Fransa arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da güclənəcəkdir.

Bu ilin aprelində zati-alinizlə görüşmək şərəfinə nail olmuşam. Həmin görüşdə biz Sizinlə Avropa Uçuş şirkətlər qrupu ilə Azərbaycan arasında çoxsahəli fəaliyyətin perspektivlərini müzakirə etmişpeyk ölkəsi olmaq məqsədi ilə kosmik sənayedə dünya lideri kimi tanınan bizim şirkətlə əməkdaşlıq etmək barədə Sizin düşüncələrinizi öyrənib çox şad olmuşduq.

Biz Azərbaycanın təhsil sistemi çərçivəsində ölkənin kosmik sahədə indiki və gələcək tələblərinin öhdəsindən gələ bilən azərbaycanlı mütəxəssislərə təlimlər keçməklə respublikanızın kosmik quruculuq potensialını araşdırmışıq.

Fürsətdən istifadə edərək Azərbaycanın mənafeyi naminə alternativ texnologiyalar barədə təkliflərimizi təqdim etmək üçün Zati-alinizlə görüşmək arzumu Sizə bildirmək istəyirəm.

Ümidvaram ki, ən qısa müddətdə Sizinlə görüşəcəyəm.

Dərin hörmətlə,

 

 

 

Fransua OK,

"ASTRİUM" şirkətinin baş icraçı direktoru

Azərbaycan.-2013.-  29 oktyabr.- S. 2.