Musiqimiz Avropanı heyrətə gətirdi

 

Heydər Əliyev Fondu Azərbaycanı Avropada yaxından tanıtmaq üçün yeni laiyhənin həyata keçirilməsinə start verib. Layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirinin dəstəyi ilə Avropanın mədəniyyət mərkəzlərindən sayılan Florensiya şəhərində gerçəkləşib. Leonardo da Vinçi, Mikelancelo, DanteQaliley kimi dünyaca məşhur şəxsiyyətlərin vətənində Azərbaycanın incəsənət ustaları ölkəmizin zəngin mədəniyyətini tamaşaçılara nümayiş etdirdilər.

Florensiya Bələdiyyə Teatrında keçirilən mərasimdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək Azərbaycan-İtaliya əlaqələrindən, xüsusilə də mədəniyyət sahəsindəki münasibətlərimizin inkişafından danışıb. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi sayəsində ölkəmizin dünyada daha da geniş tanıdılması istiqamətində böyük işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri maraqlı konsert proqramı ilə çıxış edib. Orkestr dahi Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev və başqalarının ölməz əsərlərini ifa edib. Solistlərimizin ifaları maraqla qarşılanıb.

 

Azərbaycan.-2013.-  29 oktyabr.- S.11.