Gürcüstanın yeni seçilmiş Prezidenti zati-aliləri cənab Georgi Marqvelaşviliyə

 

Hörmətli cənab Marqvelaşvili!

Gürcüstan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstan arasında tarixən təşəkkül tapmış mehriban qonşuluqdostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasındakı bu ənənəvi dostluqmehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlığımız və çoxşaxəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da hərtərəfli inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 30 oktyabr.- S.1.