Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin biliyiniz, dövlətin rifahı naminə fəaliyyət göstərdiyiniz illərdə topladığınız təcrübə və respublika vətəndaşlarının səmimi dəstəyi Prezident kimi ali dövləti vəzifənizdə Sizə kömək edəcəkdir.

Sizin qələbəniz xalqın iradəsinin həqiqi nümayişi, şəxsi nailiyyətinizin təsdiqi, hakimiyyətlə cəmiyyətin vəhdətinin  sübutudur.

Azərbaycan vətəndaşları ölkədə sülhünasayişin qorunub saxlanılmasına, sabit kursun davam etdirilməsinə, yeni uğurların qazanılmasına və bütün dünyada ölkənin nüfuzunun artması naminə öz doğru seçimini etmişdir.

Qeyri-adi dərəcədə xeyirxah və səmimi insan olan xanımınızla, yüksək statuslarına baxmayaraq, ənənələrimizə sadiq olanonlara hörmətlə yanaşan həqiqi Qafqaz xanımları olan qızlarınızla tanış olmaq mənim üçün böyük şərəfdir.

Sizə möhkəm cansağlığı, habelə bundan sonra da uğurla fəaliyyət göstərmək üçün fiziki və mənəvi güc arzulayıram.

Cənab Prezident, bir daha Sizi təbrik edirəm.

Hörmətlə,

 

 

Diana QURTSKAYA,

Rusiya İctimai Palatasının üzvü

Azərbaycan.-2013.-  30 oktyabr.- S.1.