Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan xalqı Sizə yenidən etimad göstərərək növbəti beş il müddətinə Prezident seçmişdir. Bu seçim nəinki Azərbaycan, bütünlükdə Qafqaz regionu üçün çox mühüm amildir. Sizi gürcü xalqı adından təbrik edirəm.

Sizin yenidən Prezident seçilməyiniz həmrəylik nümayiş etdirən, beynəlxalq aləmdə sülh, iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlərdə vacib rol oynayan, çağırışlara qarşı qətiyyətlə mübarizə aparan Azərbaycan üçün doğru seçimdir.

Azərbaycan və Gürcüstan ortaq dəyərləri bölüşürlər. Əminəm ki, növbəti prezidentlik dövründə də inkişafı davam etdirmək istiqamətində ölkələrimiz arasında tərəfdaşlıq güclənəcəkdir.

Cənab Prezident, ölkənizin daha da inkişaf etdirilməsində Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm.

Hörmətlə,

 

 

Əli MƏMMƏDOV,

Gürcüstan Parlamentinin üzvü

Azərbaycan.-2013.-  30 oktyabr.- S.1.