Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi təbrik edir, uğurlarınızın davamlı olmasını arzu edirəm.

Sizə sonsuz ehtiramımızın olduğunu bir daha bildiririk. 2013-cü ildə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində informasiya-kommunikasiya sahəsinin inkişafı ilə bağlı verdiyiniz bütün vədlərin yerinə yetirilməsinin şahidi olduq. Sizi bu görkəmli nailiyyət münasibətilə təbrik edirəm.

Fürsətdən istifadə edərək Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasındakı güclü əlaqələri özümün həmkarlarımın adından tam dəstəklədiyimi vurğulayıram.

Ən yüksək ehtiramlarla,

 

 

 

Hamadun Ture,

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi

Azərbaycan.-2013.-  31 oktyabr.- S. 1.