Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Çıonq Tan Şanqa

 

Hörmətli cənab Prezident!

 

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə bütün xalqınıza Azərbaycan xalqı adından öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Vyetnam münasibətlərinin möhkəmləndirilməsi, ənənəvi dostluq əlaqələrimizin qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh rifah arzulayıram.

 

Hörmətlə,

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 30 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.