Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nu "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 440; 2006, ¹ 3, maddə 229, ¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10, maddə 948, ¹ 12, maddə 1242; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹6, maddə 499, ¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə 66, ¹ 6, maddələr 419, 421, 422; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə 850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1078; 2013, ¹ 3, maddə 236) ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.1.3-cü yarımbəndin on dördüncü abzasına "direktoru" sözündən sonra ", Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru" sözləri əlavə edilsin.

 

2. 2.1.4-cü yarımbəndin iyirmi birinci abzasına "müavini" sözündən sonra ", Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavinləri" sözləri əlavə edilsin.

 

3. 2.1.6-cı yarımbəndin doqquzuncu abzasına "Fondunun," sözündən sonra "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun," sözləri əlavə edilsin.

 

4. 2.1.7-ci və 2.3.3-cü yarımbəndlərin ikinci abzaslarına "Fondunun" sözündən sonra ", Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.