Bakıda ASAIF-in XI Yay Forumu başa çatmışdır

 

Bakıda Xaricdə Təhsil Alan Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF)  "Bizim forum, bizim seçim, bizim Azərbaycan" devizi altında XI Yay Forumu avqustun 31-də işini panel iclasları ilə davam etdirmişdir.

AzərTAc xəbər verir ki, "Azərbaycanın tolerantlıq mərkəzi kimi dünyada təbliğ edilməsi" mövzusunda keçirilmiş birinci panel iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun "Tolerantlığın Azərbaycan modeli" mövzusunda çıxışı dinlənilmişdir.

 Ölkəmizdə əsrlər boyu tolerantlıq dinlərarası qarşılıqlı anlaşmanın davam etdiyini diqqətə çatdıran DQİDK-nın sədri   bildirmişdir ki, Azərbaycanda dövlət din münasibətlərinin yüksək səviyyədə olması həmin sahəyə xüsusi diqqət qayğının nəticəsidir. Azərbaycan yeganə ölkədir ki, burada tarixən bütün dinlər üçün münbit şərait yaradılmışdır. E.İskəndərov müasir dünyada gedən proseslərin fonunda bu cür qarşılıqlı anlaşma tolerantlıq mühitinin formalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

 Hazırda ölkəmizdə bütün dinlərin nümayəndələrinin dini ayinlərini azad şəkildə icra etdiklərini diqqətə çatdıran E.İskəndərov   bunun nümunəvi tolerantlıq modeli olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, son illər ölkəmizdə sürətli iqtisadi-siyasi inkişafla yanaşı, dini yerlərin, məscidlərin bərpası tikintisi genişlənmişdir.

Azərbaycanda tolerantlığın əsasının ölkəmizdə mənəvi ənənələrin dirçəldilməsində inkişafında əvəzsiz xidmətləri olmuş  ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdıran  DQİDK-nın sədri   bildirmişdir ki, hazırda Prezident İlham Əliyev ulu öndərin bu müdrik uzaqgörən siyasətini uğurla davam etdirir.  Dövlət başçısı  din məsələlərinə, ölkədə konfessiyalararası sülhə həmrəyliyə çox böyük diqqət yetirir.

 Bildirilmişdir ki, Azərbaycanda müxtəlif xalqların dinlərin nümayəndələri arasında sülhün əmin-amanlığın, dostluq, qardaşlıq əməkdaşlığın bərqərar olması dövlətimiz tərəfindən düzgün müəyyən edilmiş milli dini siyasətin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Tolerantlıq qarşılıqlı ehtiram bizim gündəlik həyat tərzimizdir. Ölkəmizdə yaşayan bütün xalqlar, onların  etnik ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayırlar. Bu gün Azərbaycan başqa sahələrdə olduğu kimi, tolerantlıq baxımından da bir sıra ölkələr üçün uğurlu nümunədir.

DQİDK-nın sədri  Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən dini tolerantlıq sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə çatdırılmasında xarici ölkələrdə təhsil alan  gənclərimizin üzərinə çox böyük vəzifələr düşdüyünü vurğulamış, onları bu məsuliyyəti dərindən dərk etməyə, respublikamıza həsr olunmuş tədbirlərdə fəallıq göstərməyə çağırmışdır. E.İskəndərov bildirmişdir ki, DQİDK gəncləri bu istiqamətdə lazımi materiallarla təmin edəcəkdir.

Komitə sədri xaricdə təhsil alan gənclərin ölkəmizdəki dini tolerantlığın dünyada təbliğ edilməsi işinə töhfələr verəcəklərinə əminliyini bildirmiş, onlara uğurlar arzulamışdır.

"Azərbaycanda gənclər üçün yeni imkanlar" mövzusunda keçirilmiş ikinci panel iclasında bir sıra dövlət qurumlarının rəhbərləri iştirak etmişlər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ölkəmizdə sahibkarlığın inkişafı Prezident İlham Əliyevin fəaliyyətinin prioritet   istiqamətlərindəndir. Məhz bu diqqət qayğının nəticəsidir ki, Azərbaycanın müxtəlif iqtisadi rayonlarında sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılan güzəştli kreditin həcmi ildən-ilə artır.

Bu sahədə gənclərə daha çox üstünlük verildiyini diqqətə çatdıran Ş.Abdullayev demişdir ki, dövlət tərəfindən verilən kreditlər hesabına yeni yerləri açılır, gənclər işlə təmin olunurlar.

Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsində yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu bildirən Ş.Abdullayev xarici ölkələrdə təhsil almaq üçün gedən gənclərin digər sahələrlə yanaşı, aqrar sahə üzrə ixtisaslara da üstünlük vermələrini tövsiyə etmişdir.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, gördüyü işlərdən söz açmışdır. Qeyd olunmuşdur ki, fondun həyata keçirdiyi yerli xarici layihələrdə  ASAIF-in üzvləri fəal iştirak edirlər.

Gənclər Fondunun yaradılmasının ölkəmizdə aparılan uğurlu dövlət gənclər siyasətinin, gəncliyin inkişafına göstərilən diqqət qayğının parlaq nümunəsi olduğunu vurğulayan F.Hacıyev gənclərlə əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. O, gəncləri fond ilə əməkdaşlığa bu qurumun qrant müsabiqələrində iştiraka dəvət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev ölkədə yaradılmış fondların çevik, səmərəli mexanizmlər olduğunu diqqətə çatdırmış, gənclərin potensialından düzgün istifadə etməyin vacibliyini vurğulamışdır. Rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi üç ildə xeyli sayda layihələrin, o cümlədən gənc tədqiqatçılar üçün xüsusi qrant  müsabiqəsinin keçirildiyini söyləyən E.Babayev müsabiqələrdə iştirak qaydaları haqqında geniş məlumat vermişdir.

Xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakı maliyyələşdirən "Mobillik qrantı" müsabiqəsinin əhəmiyyətindən söz açan E.Babayev gəncləri fondun layihələrində iştiraka dəvət etmiş, onların elmi potensiallarının ölkəmizdəki fondlar tərəfindən reallaşdırılacağına əminliyini bildirmişdir.

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov təmsil etdiyi qurumun cəmi bir həftə əvvəl fəaliyyətə başladığını diqqətə çatdırmışdır. Fondun məqsədlərindən söz açan A.Bayramov demişdir ki, əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlığın dəstəklənməsidir. Cari ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunduğunu qeyd edən  icraçı direktorun müavini bildirmişdir ki, bununla əlaqədar olaraq fondun maliyyə dəstəyi ilə bir sıra qrant müsabiqələri keçiriləcəkdir. A.Bayramov xaricdə təhsil alan gənclərin bu müsabiqələrdə iştirakının  əhəmiyyətini qeyd etmiş, fondun rəsmi saytı vasitəsilə bu qurumun  fəaliyyətini izləməyin mümkünlüyünü diqqətə çatdırmışdır.

Sonra mövzular ətrafında müzakirələr aparılmış, gəncləri maraqlandırılan suallar cavablandırmışdır.

Bununla da Bakıda ASAIF-in "Bizim forum, bizim seçim, bizim Azərbaycan" devizi altında XI Yay Forumu öz işini başa çatdırmışdır.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 2.