«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli 635-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə 610; 2001, ¹ 10, maddə 646; 2002, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə 413, ¹ 8, maddə 478, ¹ 9, maddə 563; 2003, ¹ 8, maddə 434; 2004, ¹ 1, maddə 19, ¹ 5, maddə 345; 2005, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə 799, ¹ 12, maddə 1101; 2006, ¹ 8, maddə 676, ¹ 11, maddə 935; 2007, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə 865, ¹ 12, maddə 1247; 2008, ¹ 1, maddələr 7, 10; 2009, ¹ 7, maddələr 531, 534; 2010, ¹ 7, maddə 615; 2011, ¹ 11, maddə 999; 2013, ¹ 5, maddə 509, ¹ 6, maddə 649) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3-cü hissənin beşinci abzasında "205-1" rəqəmlərindən sonra ", 205-2" rəqəmləri əlavə edilsin.

 

2. 4-cü hissədə "205-1-ci (Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma)," sözlərindən sonra "205-2-ci (Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı)," sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 2.