Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 211                   Bakı şəhəri, 14 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

 

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 854 nömrəli fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹1, maddə 41; 2010, ¹4, maddə 359; 2012, ¹ 12, maddə 1385; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 iyul tarixli 177 nömrəli qərarı) ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları"nın cədvəlində aşağıdakı dəyişikliklər edilsin:

 

1. "Diplomatik xidmət əməkdaşları" sütununun 6-cı sırasına "attaşe" sözündən sonra ", mühafizə zabiti, zabit-mütəxəssis" sözləri əlavə edilsin;

 

2. "Diplomatik xidmət əməkdaşları" sütununun 7-ci sırasına "Digər işçilər" sözlərindən sonra ", əməliyyat işçisi" sözləri əlavə edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 3.