Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 214             Bakı şəhəri, 16 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

 

"Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanının 10.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 12, maddə 867; 2005, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370; 2012, ¹ 5, maddə 481) ilə təsdiq edilmiş "Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2-ci hissəyə "Azərenerji" Səhmdar Cəmiyyətinin" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və" sözləri əlavə edilsin.

 

2. 4-cü, 6-cı, 9-cu və 12-ci hissələrə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 3.