Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 215                   Bakı şəhəri, 16 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi barədə

 

 

"Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanının 10.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə 1027, ¹ 11, maddə 1205; 2013, ¹ 1, maddə 74) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Aparatı" qrafasından sonra aşağıdakı məzmunda qrafa əlavə edilsin:

 

"Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Aparatı".

 

2. "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Aparatı" qrafası ləğv edilsin.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 3.