Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 217             Bakı şəhəri, 16 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 may tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

"Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanının 10.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 may tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 473, ¹ 12, maddə 1122) ilə təsdiq edilmiş "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3.2-ci bənddə "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi (bundan sonra - Nazirlik)" sözləri "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik)" sözləri ilə əvəz edilsin.

 

2. 3.3-cü, 3.6-cı, 3.10-cu bəndlərdə, 3.11.8-ci yarımbənddə, 3.13-cü, 4.1-ci, 4.2-ci, 4.3-cü və 5.1-ci bəndlərdə ismin müvafiq hallarında "Nazirlik" sözü ismin müvafiq hallarında "Agentlik" sözü ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 3.