Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclası keçirilmişdir

 

Sentyabrın 3-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, bu gün iki ölkə arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası mövcuddur və indiyədək 40-a yaxın sənəd imzalanmışdır. Bu, eyni zamanda iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafına önəmli töhfə verirson illər ölkələrimiz arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2012-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 2,8 dəfə artmışdır.

Nazir Şahin Mustafayev hökumətlərarası komissiyanın birinci iclasından ötən dövr ərzində ölkələrimiz arasında kənd təsərrüfatı, energetika, İKT, nəqliyyat və digər sahələrdə görülmüş işlər barədə də məlumat verərək, Azərbaycanda istehsal olunan bir sıra məhsulların Tacikistan bazarında əhəmiyyətli yer tutduğunu, bu il Düşənbə-Bakı-Düşənbə aviareysinin açıldığını xüsusi vurğulamışdır. Bununla belə, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılmışdır.

Ş.Mustafayev demişdir ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, biznesinvestisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş genişmiqyaslı işlər nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunmuşdur.  Belə ki, son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,7 dəfə, sənaye məhsulu 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, xarici ticarət dövriyyəsi 8,8 dəfə artmış, yoxsulluq səviyyəsi azalaraq 6 faizə enmişdir.

Hazırda Azərbaycanın bir sıra regional layihələrin iştirakçısı olduğunu qeyd edən nazir Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinin regional əməkdaşlığın genişlənməsinə başlıca maneə olduğunu vurğulamışdır. İclas iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevrilməsi, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ilk süni peykimizin orbitə buraxılması son illərin mühüm siyasi-iqtisadi nailiyyətləridir və bu, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Tacikistanın meliorasiyasu təsərrüfatı naziri Rəhmət Bobokalonov ölkəsində Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verildiyini, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Komissiyanın iclasında ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya qoyuluşu, tikinti, kənd təsərrüfatı, İKT, mədəniyyət və turizm, meliorasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Sonda Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının ikinci iclasının yekunlarına dair protokol imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin MustafayevTacikistan Respublikasının meliorasiyasu təsərrüfatı naziri Rəhmət Bobokalonov imzalamışlar.

Səfər çərçivəsində Tacikistan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək və müxtəlif müəssisələrin fəaliyyəti ilə tanış olacaqdır.

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 3.