«HR School» layihəsi başa çatmışdır

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, "İrəli" İctimai Birliyinin (İB) və Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) birgə həyata keçirdikləri "HR School" layihəsi başa çatmışdır.

"İrəli" İB-dən bildirmişlər ki, iki ay davam etmiş layihə müddətində 25 nəfər gənc mütəxəssis insan resursları və təşkilati idarəetmə sahəsində təlimlərdə iştirak etmişdir.

Təlimlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azərsun Holdinq"in aparıcı mütəxəssisləri tərəfindən keçirilmişdir.

Layihəni uğurla başa vuran gənclərə diplomlar təqdim olunmuşdur.

Diplomları təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Milli Məclisin deputatı Fəttah Heydərov və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov təqdim etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 3.