Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II Forumu panel iclaslarla işini davam etdirmişdir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda II Forumu sentyabrın 3-də işini panel iclaslarla davam etdirmişdir.

AzərTAc xəbər verir ki, forumun "Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: mürəkkəb vəziyyətdən çıxış yolu axtarışında" mövzusunda keçirilən III panel iclasında SAM-ın direktoru Fərhad Məmmədov məruzə ilə çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və acı nəticələri haqqında danışmışdır. Bildirilmişdir ki, rəsmi Yerevan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. 

F.Məmmədov diqqətə çatdırmışdır ki, münaqişə nəticəsində Ermənistan Cənubi Qafqazda həyata keçirilən regional layihələrdən tamamilə təcrid olunmuşdurbu ölkənin iqtisadiyyatı gündən-günə geriləyir.

SAM-ın direktoru beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini dəstəkləməyə, təcavüzkar siyasətindən əl çəkməsi üçün rəsmi Yerevana təzyiq göstərməyə çağırmışdır.

F.Məmmədov müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində Azərbaycanda görülən işlər haqqında məlumat vermiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə uğurlu islahatların, dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdırmışdır.

O, həmçinin vurğulamışdır ki, dünya dövlətləri üçün tolerantlıq nümunəsi olan Azərbaycan müxtəlif xalqların, millətlərin və dinlərin dinc yanaşı mövcud olduğu, mədəniyyətlərin qaynayıb-qarışdığı bir ölkədir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev Ermənistanın tarix boyu Azərbaycana qarşı törətdiyi soyqırımı aktlarından danışmışdır. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində keçirilən tədbirlərin bu faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında rolunu vurğulamışdır.

Milli Məclisin deputatı müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən danışaraq bildirmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılmış, Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutmuşdur. Bildirilmişdir ki, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan artıq qlobal miqyasda əsas söz sahiblərindən biri qismində çıxış edir.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov istənilən sahədə uğurların davamlılığını təmin etmək üçün təhsil sisteminin inkişaf etdirilməsinin vacibliyindən danışmışdır. Dünyada dostluq və həmrəylik prinsiplərinə riayət etməyin vacibliyini diqqətə çatdıran M.Cabbarov bu amillərin yalnız insanlar arasında dostluğu təmin etməklə mümkün olduğunu vurğulamışdır. Uğur qazanmağın əsas amillərindən birinin savadlı gəncliyin yetişməsi olduğunu söyləyən nazir son illər Azərbaycanda təhsil sahəsinin inkişaf etdiyini də diqqətə çatdırmışdır.

İclasda çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Kanada Kral Hərbi Kollecinin siyasi elmlər departamentinin rəhbəri Pyer Yoliko Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşmüşlər.

Daha sonra Forumun "Cənubi Qafqaz regionu Avropa ilə Asiyanın kəsişməsində" mövzusunda dördüncü panel iclası keçirilmişdir. SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə şöbəsinin müdiri Vüsal Qasımlı iclasda məruzə ilə çıxış edərək Azərbaycanda gedən sürətli inkişafdan, bütün sahələrdə həyata keçirilən uğurlu islahatlardan, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğıdan danışmışdır. O bildirmişdir ki, Azərbaycan öz imkanlarından səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirir. Diqqətə çatdırılmışdır ki, qeyri-neft sektorunun inkişafı dövlətin qarşısında duran prioritet məsələdir.

 Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsinin dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında rolundan danışmışdır.

 Korvinus Universitetinin professoru, Macarıstanın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Andre Erdosİlia Dövlət Universitetinin qonaq mühazirəçisi Aleksandr Murinson çıxışlarında vurğulamışlar ki, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, əlverişli nəqliyyat və digər kommunikasiya imkanlarına malik ölkə kimi tanınır. Qeyd edilmişdir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu vardır. Azərbaycan postsovet məkanında Qərb ilə enerji sahəsində əməkdaşlıq edən mühüm dövlətdir və dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.

Tədbirdə vurğulanmışdır ki, regionda sabitliyin təmin olunması, ölkələr arasındakı münasibətlərin dostluq əlaqələrinə söykənməsi iqtisadi əməkdaşlığın inkişafına da töhfə verir. Regionda sülhsabitliyin təmin olunması üçün birgə əməkdaşlıq olduqca vacibdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Beləliklə, ikigünlük forum işini başa çatdırmışdır.

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 4.