Yeni Azərbaycan Partiyası Biləsuvar
rayon təşkilatının inzibati binası istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara
səfəri çərçivəsində Yeni
Azərbaycan Partiyası rayon təşkilatının
yeni inzibati binasının
açılışında iştirak etmişdir.
Dövlət
başçısı binanın rəmzi
açılışını bildirən lenti
kəsdi.
Bildirildi ki,
ikimərtəbəli binada 15 iş otağı vardır. Otaqlar
zəruri inventar və avadanlıqla təchiz
olunmuşdur. Binanın foyesində ulu öndər, Yeni Azərbaycan
Partiyasının banisi Heydər
Əliyevin büstü qoyulmuşdur.
Burada ümummilli liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan
Partiyası ilə bağlı fəaliyyətlərini əks
etdirən maraqlı fotolardan ibarət stend yaradılmışdır. Binanın 40 nəfərlik
akt zalında müxtəlif tədbirlər
keçirmək mümkündür.
YAP-ın Biləsuvar
rayon təşkilatı 1993-cü ilin yanvarında 12 ilk ərazi
təşkilatının iştirakı ilə
yaradılmışdır. Hazırda isə YAP Biləsuvar rayon təşkilatının 68 ilk ərazi təşkilatı və 4 min 440 üzvü
vardır. Təşkilat üzvlərinin 27 faizini
qadınlar, 35 faizini gənclər təşkil
edir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm
töhfələr verir, aparılan
abadlıq-quruculuq və yenidənqurma işlərində
yaxından iştirak edirlər.
Yeni bina
ilə tanışlıqdan sonra Prezident İlham Əliyev
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 3.