Almatıdakı turkelpress.com internet resursu Azərbaycanın siyasi həyatı ilə əlaqədar AzərTAc-ın materiallarını vermişdir

 

Almatıdakı turkelpress.com internet resursu Azərbaycanın siyasi həyatı ilə əlaqədar Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) rus dilində materiallarını vermişdir.

İnternet qəzet "Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir" və "Geniş oxucu kütləsinə malik nüfuzlu "BizNewsAsia" jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi "İlin adamı" elan etmişdir" sərlövhəli materiallara yer ayırmışdır.

Qəzet, həmçinin AzərTAc-ın "Azərbaycan ən yüksək səslə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv qəbul olunmuşdur", "Dünya İqtisadi Forumunun "Rəqabətlilik Hesabatı 2013-2014" nəşri beynəlxalq ictimaiyyətə təqdim edilmişdir. Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmişdir" sərlövhəli materiallarını da dərc etmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

 

AzərTAc-ın xüsusi müxbiri

 

Almatı

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 8.