Ramona MANESKU: Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır

 

Avropa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında ədalətli həllinə tərəfdardır.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) AzərTAc-a bildirmişlər ki, bu sözləri Avropa Parlamentinin üzvü, Avropa LiberallarDemokratlar Alyansının (ALDA) vitse-prezidenti Ramona Manesku AAC-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verərkən bildirmişdir.

Deputat qeyd etmişdir ki, öz ictimaiiqtisadi potensialını reallaşdırmaq üçün hər şeydən əvvəl region ölkələrinin təhlükəsizliyi təmin olunmalı və onlar qonşuları ilə sülh şəraitində yaşamalıdırlar.

R.Manesku vurğulamışdır ki, davamlı əməkdaşlığın qurulması, regionun inkişaf edə bilməsi və münaqişənin sülh yolu ilə həllinə nail olunması məqsədilə münaqişə iştirakçılarına hər cür zorakılığa və hərbi müdaxiləyə son qoymaq istiqamətində köməklik göstərməkdən ötrü təcili güclü öhdəçiliyə ehtiyac vardır.

O demişdir: "Avropa Parlamentinin üzvü və ALDA partiyasının vitse-prezidenti kimi, hesab edirəm ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına və mülkiyyət hüququ və şəxsi təhlükəsizliyinə hörmətlə yanaşılmalıdır".

Bildirilmişdir ki, Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupu vasitəsilə beynəlxalq vasitəçilik cəhdlərini dəstəkləyir, eləcədə münaqişənin davamlı və sülh yolu ilə həllində öz rolunu oynamağa hazırdır.

O demişdir: "Şərq Tərəfdaşlığı çərçivəsində biz Cənubi Qafqaz ölkələri və Aİ arasında iqtisadi inteqrasiyasiyasi əməkdaşlıq prosesini daha da inkişaf etdirə bilərik".

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 8.