Ermənilər özlərinin qazdığı quyuya düşərək biabır olmuşlar

 

Ermənistanın "Panorama.am" agentliyi bu günlərdə Azərbaycan kütləvi informasiya vasitələrini guya Florida ştatı tərəfindən erməni hərbçilərinin Xocalıda törətdiyi cinayət və dinc sakinlərin güllələnməsi haqqında qətnamə qəbul edilməsi barədə "yanlış" məlumat yaymaqda "ifşa etməyə" başlamışdır.

Lakin  çox vaxt olduğu kimi, bu dəfə də təşəbbüs onu irəli sürənlərin cəzalandırılması ilə nəticələnmişdir. Əgər ermənilər özləri bu qondarma "jurnalist təhqiqatı" ilə "qarğa, məndə qoz var" deməsəydilər, biz onların öz yalanlarını ifşa etməyə başlamazdıq. Necə deyərlər, özləri də bilmədən, işləri korlayan başabəla hay "ifşaçılar" özlərini ifşa etməyə əsas vermişlər.

Əvvələn, xanım Defni Kempbelin Xocalı soyqırımını etiraf etməsi barədə rəsmi informasiya ilk dəfə AzərTAc-ın saytında yerləşdirilmişdir (http://azertag.com/ru/node/1126850) agentliyin məlumatında heç bir səhv olmamışdır. Sonradan digər (əsasən özəl) kütləvi informasiya vasitələrinin həmin məlumatı necə yozmalarının isə nə AzərTAc-a dəxli var, nə də Azərbaycan dövlətinə. İlk mənbədə heç bir səhv olmamışdır. AzərTAc-ın məlumatında "Florida ştatının qətnaməsi" barədə söhbət getmirdi. O vaxt da söhbət ondan gedirdi, indi də söhbət ondan gedir ki, ayrıca bir siyasətçi - Florida ştatının nümayəndələr palatasının bir üzvü Xocalı soyqırımını ŞƏXSƏN ONUN (!) tanıması barədə qətnamə imzalamışdır. Həqiqətən, Defni Kempbel belə bir sənəd imzalamışdır. Biz başabəla erməni "ifşaçılar" üçün həmin sənədin skanlanmış surətini məmnuniyyətlə yenidən təqdim edirik.

Qeyd etmək lazımdır ki, buya digər faktın ayrıca bir nəfər və ya bir qrup siyasətçi tərəfindən tanınması tamamilə adi məsələ və ABŞ praktikasında yetərincə geniş yayılmış haldır. "Nümayəndələr palatasının qətnaməsi" məsələsinə gəldikdə isə, bağışlayın, bu, hayların təşviqat və təbliğat maşınının öz uydurmasıdır. Yeri gəlmişkən, əvvəlcə yalan yaratmaq, sonra onu Azərbaycan tərəfinin ünvanına yazmaq, daha sonra hay-küylə bu yalanı "ifşa etmək" erməni təbliğat-təşviqat maşınının çox xoşladığı taktikadır.

İkincisi, erməni agentliyinin məlumatının sərlövhəsi belədir: "Florida did not accept any resolution on Aghdam events". E Bu barədə hayların dedikləri ilə tam razıyıq. Doğrudan da, Floridada Ağdam haqqında heç vaxt heç bir sənəd qəbul edilməmişdir - imzalanmış sənəddə uydurma "Ağdam qırğını" barədə deyil, bir sıra dövlətlər Amerikanın bir sıra ştatları tərəfindən tanınmış fakt - Xocalıda insanlığa qarşı törədilmiş cinayət barədə söhbət gedirdi! Bu da "Panorama.am" saytının məlumatındakı 2 nömrəli yalan. Biz analoji qaydada ermənilərin bu cinayəti barədə qəbul edilmiş bütün qətnamələri sənədlərlə təsdiq edə bilərik - bu qətnamələrin heç birində "Ağdam" sözünə rast gəlməzsiniz.

Üçüncüsü, biz, əlbəttə, hayların təbliğat-təşviqat maşınına minnətdarıq ki, o, təbliğat yalanları mövzusunu qaldırmış istər-istəməz özü həmin gölməçəyə düşmüşdür. Məsələn, erməni KİV-ləri hətta erməni diplomatları da Amerikanın bəzi ştatlarında "DQR-in müstəqilliyinin"  tanınması barədə dünyaya car çəkmişlər. Halbuki məsələ bu dərəcəyə çatmamışdır. Məsələn, emənilərin REGNUM agentliyi Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın Twitter şəbəkəsindəki şəxsi səhifəsində dərc edilmiş belə bir məlumatı sitat gətirmişdir ki, guya Men ştatı Dağlıq Qarabağın müstəqilliyini tanımışdır (http://www.regnum.ru/news/1647238.html). Bu, yalandır! Həmin ştatın erməni lobbisi tərəfindən hazırlanmış Nümayəndələr Palatasının Senatın 987 nömrəli birgə qətnaməsinin (HJR 987) layihəsi ştatın qanunvericilərinin səyləri ilə rədd edilmişdir. Beynəlxalq hüquq sahəsində savadsızlığın ləğvinə ehtiyacı olmayan bu qanunvericilər erməni diasporunun hədiyyəsini rədd etmişlər. Həmin qətnamənin layihəsinin aqibəti ilə Men ştatının qanunvericilik orqanının rəsmi saytında tanış ola bilərsiniz. Ştat leqislaturasının internet səhifəsindən göründüyü kimi, bu layihə "qeyri-müəyyən müddətə təxirə salınmışdır" (bax: ttp://www.mainelegislature.org/legis/bills/display_ps.asp?paper=HP0987&snum=126). Amerika qanunvericilərinin dilində "indefinitely postponed" ifadəsi "buried" deməkdir, yəni,  həmin sənəd "dəfn edilmişdir". Populyar Legiscan portalında isə qətnamə layihəsi barəsində 2013-cü il aprelin 30-da çıxarılmış qəti verdikt kimi DEAD (ölü) sözünə rast gələ bilərsiniz (bax: http://legiscan.com/ME/bill/HP0987/2013). Yeri gəlmişkən, Men ştatı tərəfindən guya "DQR-in müstəqilliyi"nin tanınması barədə eyni ya­la­nı da indi "prinsipiallıq möcüzələri" göstərən həmin "Panorama.am" resursu yaymışdır (http://www.pa­no­ra­ma.am/ru­/po­li­tics/2013­/04/­10/ba­­layan/). Men ştatının Nümayəndələr Palatası senatı isə erməni hərbçilərinin Xocalıda törətdiyi qırğına görə onları pisləyən HLS-1049 nömrəli birgə bəyanat qəbul etməklə ermənilərə sanki şapalaq vurmuşdur (sənədli sübutun fotoşəkli əlavə edilir). Buna görə Tiqran Balayana məsləhətimiz budur ki, qəlyanaltı etməyi unutmasın, əks halda, xam xəyallar onu o dərəcədə sərməst edə bilər ki, qondarma "DQR"in bəlkə BMT- üzv qəbul edilməsi iddiasına düşər.

Er­məni yalançılarının növbəti uydurması "DQR-in müstəqilliyi"nin Massaçusets ştatı tərəfindən guya ta­nın­­­ması barədə məlumat olmuşdur (bax:h­tp://ar­­me­nia­now.co­m/ka­ra­bakh/45228/ar­me­nia_kara­bakh_uni­ted_sta­tes_maine_recognition, http://novostink.ru/nkr/45185-ame­rikan­skiy-­shtat-meyn-priznal-ne­za­visi­most-na­gorno-karabahskoy-res­pub­liki.html materialındakı sonuncu cümlə). Bu ştatda ANCA AAA tə­rə­findən hədiyyələr qazanmaq üçün dəridən-qabıqdan çıxan erməni lobbiçisinin kimliyi bizə məlum deyil (əslində, bu detallar bizi heç maraqlandırmır), lakin bir şeyi tam dəqiq bilirik - Massaçusets ştatının qanunvericilik orqanında belə bir sənəd müzakirə olunmamış, səsverməyə qoyulmamış qəbul edilməmişdir, bu ştat öz adını ləkələməmişdir. Hər halda ştatın legislaturasının arxivində bu barədə heç bir məlumat yoxdur. Massaçusets ştatının legislaturasının internet səhifəsinə (https://ma­le­gis­la­tu­re.gov/Bills/Search) məşhur Legiscan resursuna (http://legiscan.com/MA/legislation) da baxa bi­lər­si­niz, lakin bu resursların axtarış sistemləri vasitəsilə Qarabağ barədə qətnaməyə oxşar  heç bir məlumat ta­pa bilməyəcəksiniz, çünki, sadəcə olaraq, belə məlumat yoxdur!

Amma bunun əvəzində ştatın Nümayəndələr Palatasının spikeri Robert de-Leo 2010-cu il fevralın 25-də Xocalı qırğını ilə əlaqədar ştatın qanunverici orqanı adından başsağlığı imzalamışdır. Həmin sənədin skanlanmış surətini sənədli sübut kimi təqdim edirik.

Pensilvaniya ştatında Dağlıq Qarabağın təyini-müqəddərat hüququnun dəstəklənməsi haqqında sənədlər müvafiq masalar üzərinə göndərilməklə dondurulmuşdur (oraya göndərilən sənədlərin heç biri sonradan geri qayıtmır). Burada məsələ qətnamələr qəbul edilməsi dərəcəsinə çatmadığına baxmayaraq, erməni KİV-ləri siyasətçiləri utanıb-qızarmadan bu ştatın "DQR-in müstəqilliyi"ni tanıması barədə həm öz xalqına, həm xarici ölkələrin ictimaiyyətinə yalan satırlar.

Gülməli haldır ki, HR264 (http://www.le­gis.sta­te.pa.us/cfdo­cs/bil­lInfo/billI­nfo.cfm?sYe­ar=2013­&sInd=­0&­body=H&type=R&bn=264, http://legiscan.com/PA/bill/HR264/2013) HR274 nöm­rə­li qətnamələrin la­yihələrində (http://www.le­gis.sta­te.pa.us/cfd­ocs/bill­Info/billIn­fo.cfm?sYear=20­13&­s­Ind=­0&bo­­dy=H&­ty­pe=R&bn=274, http://le­gis­can.com/PA/bill/HR274/2013), hətta bu qətnamələr qəbul edilmiş olsaydı belə, yalnız Dağlıq Qarabağın təyini müqəddəratı barədə söhbət gedirdi. Rəsmi Bakı Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində özünün Dağlıq Qarabağ regionunun iki icmadan ibarət əhalisinin bu hüququnu heç vaxt inkar etməmişdir: buyurun, qədər istəyirsiniz, öz müqəddəratınızı təyin edin, lakin bunu Azərbaycan Konstitusiyası çərçivısində edin. Razılaşın ki, bu, DQR-in müstəqilliyinin tanınması barədə xam xəyaldan tamam fərqli məsələdir. Lakin ermənilər hətta bu cür neytral ifadələr seçdikdə belə, hər iki halda layihələrin qəbul edilməsinə nail ola bilməmişlər, hərçənd, bu fakt onların Pensilvaniyada guya uğur qazanması barədə yalan danışmağa başlamasına elə həmin ştatda Xocalı qırğını barədə qətnamə qəbul edilməsi haqqında utanmadan susmalarına mane ola bilməmişdir - bax:  http://legiscan.com/PA/bill/HR171/2013.

Merilənd ştatında erməni lobbisinin səylərinin aqibəti belə olmuşdur. 4 nömrəli qətnamənin layihəsi elə düyünə düşmüşdür ki, oradan heç vaxt çıxmayacaq səsvermə zalına düşməyəcəkdir (bax: http://mgaleg.maryland.gov/webmga/frmMain.aspx?id=­sj0004­&­stab=­01­&­pid=­billpage&tab=subject3&ys=2013rs, http://legiscan.com/MD/bill/SJ4/2013).

Beləliklə, "DQR-in müstəqilliyi"nin Amerikanın 6 ştatı - Luiziana, Rod-Haylənd, Massacusets, Merilənd, Pensilvaniya Men ştatları tərəfindən tanınması barədə məlumatlar yalandır. Sadaladığımız ştatların yalnız ilk ikisində tamdəyərli qətnamələr qəbul edilmişdir. Lakin həmin sənədlərdə müstəqilliyi tanımaqdan yox, ABŞ-ın federal orqanlarını bu istiqamətdə müvafiq addımlar atmağa çağırmaqdan söhbət gedirdi. Ayrı-ayrı ştatlar səviyyəsində qanunvericilər çox gözəl başa düşürlər ki, kiminsə birtərəfli qaydada elan edilmiş buna görə qeyri-legitim olan müstəqilliyinin tanınması onların səlahiyyətlərinə aid olan məsələ deyildir. Buna görə Luizianada, Rod-Haylənddə qəbul edilmiş qətnamələrin mətni erməni təbliğatının şərh etdiyi kimi tanıma məsələsindən tamam fərqlidir.

Hər halda, Azərbaycan tərəfi də mürgüləmir və həmin iki ştatda bəzi cavab addımları hazırlayır. Hələlik isə bizim işimiz hayların təbliğat və təşviqatını ifşa etmək və onun yalançı mahiyyətini açıqlamaqdır.

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 11.