Məqsəd təkcə alovu söndürmək deyil, quyunu istismara qoşmaqdır

 

Bununla "Bulla-dəniz" yatağının yeni bir dövrü başlana bilər

 

Dünyada neft-qaz sənayesi böyük yüksəlişlərə nail olub. İndi bu sahədə ən müasir texnikadan istifadə olunur, ən mütərəqqi texnologiyalar tətbiq edilir, ən yüksək ixtisasa malik işçilər çalışır. Bununla belə, istər quruda, istərsə də dənizdə yerləşən yataqlarda bəzən qəzalardan, ələlxüsus yanğınlardan da qaçmaq mümkün olmur. Çünki bu qurğular da, insanlar da sözün həqiqi mənasında, odlu bir məkandadırlar. Hər an alışmağa bənd olan odlu bir məkanda...

Deyilənlərə istənilən qədər misal gətirmək olar. Dünyada ötən onilliklərdə baş verən hadisələri də, bildir-inişilə aid olayları da xatırlamaq mümkündür. Ən son hadisə isə Xəzərdə baş verdi - Xəzərin Azərbaycan sektorundakı "Bulla-dəniz" yatağında...

Bu, yatağın şimal-şərq qanadındakı 29 nömrəli özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədilə layihələndirilmiş 90 nömrəli quyuda oldu. Belə ki, keçən ayın 17-də gecə saat 23.00 radələrində 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə edildi. ARDNŞ-nin məlumatına görə, qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülmüşdür. Lakin buna baxmayaraq, gecə saat 23.30-da quyu açıq qaz fontanına keçmiş və yanğın baş vermişdir.

Həmin vaxtdan bu günədək qəzanın aradan qalıdırılması uğrunda ardıcıl işlər aparılır. Bunun üçün xüsusi komissiya yaradılıb. ARDNŞ-nin vitse-prezidentinin sərdlik etdiyi bu komissiyaya şirkətin, eləcə də Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə üzrə təcrübəli mütəxəssisləri daxildir.

Xatırladaq ki, qəza haqqında xəbər yayılan kimi Azərbaycanda ən iri neft-qazixrac layihələrinin əməliyyatçısı olan BP şirkəti ARDNŞ-ə müraciətlə   öz köməyini təklif etmişdir. Komissiya bunu nəzərə alaraq elə ilk iclasına BP-nin nümayəndələrini də dəvət etmişsituasiyadan çıxış yolları haqqında onların da təklifləri dinlənilmişdir. Hərçənd BP-nin bu yataqla bağlı heç bir işi yoxdurE Yeri gəlmişkən qeyd edək ki, bu, ARDNŞ-nin və Azərbaycanda çalışan xarici şirkətlərin bir-biri ilə əməkdaşlıq, etibarlı  tərəfdaşlıq etməsinə və təcrübə mübadiləsi aparmasına aydın misaldır.

"Bulla-dəniz"dəki qəzanın aradan qaldırılması istiqamətində indiyədək xeyli görülüb. Yanğının baş verdiyi özül "Şirvan" və "Z.Hacıyev" kran gəmiləri vasitəsilə yanğın zamanı çökmüş qülləaltı postamentin elementlərindən başqa bütün avadanlıqlardan tam təmizlənmişdir. Bundan sonra aparılacaq əməliyyatlara Amerikanın zəngin təcrübəyə malik "Boots & Coots İnternational  Well Control" şirkətinin nümayəndələri də dəvət olunmuşlar. İndi yataqda ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin fontana qarşı "Dağmədənxilasetmə" hərbiləşdirilmiş hissəsinin, Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri və xarici mütəxəssislər birgə çalışırlar. Hadisə yerinə baxış keçirilmişquyunun bağlanmasında "Qurban Abbasov" kran gəmisinin gücündən istifadə etmək qərara alınmışdır.

Məqsəd təkcə yanğını söndürmək deyil. Onu bəlkə də indiyədək söndürmək olardı. Başlıca məqsəd quyunu xilas etmək, onun potensialından istifadə etmək və bununla da "Bulla-dəniz"ə yeni həyat bəxş etməkdir. Axı, o, Xəzərdəki ən zəngin, səxavətli, indiyə qədər Azərbaycana bol-bol məhsul vermiş bir yataqdır.

Yeri gəlmişkən, "Bulla-dəniz" yatağı Bakı arxipelaqının şimal hissəsində, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası" yatağından 10 kilometr cənub-şərqdə yerləşir. Bu yatağın neftlilik-qazlılığı hələ 40 il əvvəl - 1973-cü ildə qazılmış 18 nömrəli quyu ilə aşkar edilmişdir. Bu "nübar" quyudan VII horizontun 5203-5190 metr hüdudlarından sınaq vaxtı gündə orta hesabla 200 ton kondensat və 1 milyon kubmetr qaz alınmışdır. 1975-ci ildə isə 14 saylı quyudan V horizontun 4601-4578 metr hüdudlarından orta gündəlik hasilat 65 ton kondensat və 40 min kubmetr qaz olmuşdur. Nəhayət, 1982-ci ildə 56 nömrəli quyudan VIII horizontun 6097-6088 metr hüdudlarından orta hesabla gündə 550 ton kondensat və 1100 min kubmetr qaz əldə edilmişburada sənaye miqyaslı karbohidrogen yığımlarının olması sübuta yetmişdir. Yataqda əsas işlənmə obyektləri məhsuldar qatın VII və VIII horizontlarıdır.

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Ömrümün illəri və izləri" kitabında yazır: "Bəzi alimlər Azərbaycanda böyük ehtiyatlara malik qaz yataqlarının olması fikrinə şübhə ilə yanaşırdılar. Respublikanın quru hissəsində "Qaradağ", dənizdə isə "Cənub" qaz yataqlarının aşkar edilməsi də çoxlarını inandıra bilmədi ki, Azərbaycan mavi yanacaqla da zəngin ölkədir. Lakin 1968-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda böyük qaz ehtiyatlarına malik olan "Bahar" yatağının kəşfi ənənəvi fikri alt-üst etdi. Bir qədər irəli gedib deyə bilərəm ki, sonralar "Bulla-dəniz" yatağının kəşfi və "Duvannı-dəniz - Bulla-dəniz" yatağının VIII horizontunda qazın aşkar olunması nəticəsində artıq 1982-ci ildə Azərbaycanda qaz hasilatı 15,3 milyard kubmetrə çatdı ki, bu da respublikanın bir çox rayonlarının qazlaşdırılmasına imkan yaratdı".

2010-cu ilin ortalarında "Bulla-dəniz"in çıxarıla bilən ehtiyatları neftkondensat üzrə 0,882 milyon tonqaz üzrə 7,101 milyard kubmetr həcmində qiymətləndirilmişdir.

Qeyd edildiyi kimi, hazırda yanğının davam etdiyi 90 nömrəli kəşfiyyat quyusu yatağın şimal-şərq qanadında 29 nömrəli özüldə məhsuldar qatın VIII horizontunun ehtiyatlarının qiymətləndirilməsi üçün layihələndirilmişdir. Bu quyuda qazma işlərinə hələ keçən ilin payızında dənizin dərinliyinin 26,5 metr olduğu ərazidə başlanmışdı. Qazmanın dərinliyi artıq 5868 metrə çatmışdı.

Hazırda mütəxəssislər qəzanı aradan qaldırmaqla yanaşı, bu quyunu da xilas etmək istəyirlər. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, əməliyyatlara cəlb olunmuş "Qurban Abbasov" gəmisinin kranı üzərində böyük su şırnaqları hazırlanıb. Məqsəd su pərdəsini sistemlərlə 30 tonluq quyu başlığına endirib quyunu ələ almaq və beləliklə, onu prosesə qoşmaqdır. R.Abdullayev deyib: "Belə ki, quyuda hasilat göstəriciləri yüksək olduğundan onun istismarı məqsədəuyğundur".

Deməli, məqsəd quyunun xilas edilməsi və istismarıdır!

Lakin bu, vaxt mümkün olacaq? Axı, ümumiyyətlə, yataqlarda baş verən qəzaları aradan qaldırmaq, o cümlədən yanğını söndürmək, sözügedən halda isə  üstəlik həm quyunu istismara daxil etmək o qədər asan bir məsələ deyil.

Neft eksperti İlham Şaban deyir: "Qaz quyusunda baş vermiş bu tip qəzanın aradan qaldırılması üçün qədər zaman gərəkdir? Əslində, bunun üçün heç bir zaman göstəricisi adlı bir meyar yoxdur. Çünki hər bir qaz quyusunun öz individual xüsusiyyətləri, daha doğrusu, qazın quyudan çıxma təzyiqi, quyuüstü alışmanın vəziyyəti s. var... Başqa bir tərəfdən quyunun heç dənizdə quruda olması belə tez gec söndürülməsinə dəlalət etmir".

Ekspert daha sonra müxtəlif yerlərdə vaxtlarda neft-qaz quyularında baş vermiş yanğınların söndürülməsi ilə bağlı bir neçə misal gətirir. Məsələn, 2013-cü il avqustun 27-də Rusiyada, Sibirin "Samburq" yatağında qaz quyusunda davam edən yanğının söndürülməsinə düz bir həftə sonra nail olublar. Ekspert  eləcə 1963-cü ildə keçmiş SSRİ-nin qaz məkanı sayılan Özbəkistanda "Urta-Bulaq" qaz yatağında baş vermiş yanğının necə çətinliklə söndürülməsindən söhbət açır.

1971-ci ildə Ukraynanın Xarkov vilayətindəki qaz yatağında, 1985-ci ildə isə Xəzərin Qazaxıstan sektorundakı "Tengiz" yatağının neft quyusunda yanğınlar olub.

Xəzərin Azərbaycana məxsus bölməsində isə indiyədək yanğınlar əsasən qaz quyularında müşahidə edilib. Ən böyük yanğın 1968-ci ildə "Bahar" yatağında baş verib. O zaman yanğın iki aya qədər davam edib. Sonralar həmin yataqda 1974 1985-ci illərdə yanğınlar olub. Bu yanğınların söndürülməsi bir neçə həftə çəkib.

Deməli, bu ya digər səbəbdən hansısa neft, yaxud qaz yatağında yanğının baş verməsi heç müstəsna hal deyil. Elə isə üçün bəzi insanlar, o cümlədən müxalifətyönlü qəzetlər "Bulla-dəniz"də baş verən qəzaya yanlış səbəblər "tapdılar"? Hətta onu təxribat adlandıranlar da oldu.

Əlbəttə, heç kəs istəməz ki, qəza olsun! Çünki sözügedən tipli hər bir qəza məhsul və vəsait itkisi, ekologiyanın çirklənməsi, insanların narahatlığı və s. deməkdir. İnsanlar demişkən, şükür ki, bu qəzada insan itkisi olmayıb, heç kəsin səhhətinə zərbə dəyməyib. Özüldə çalışan işçilər təcili evakuasiya ediliblər.

Təbii ki, hər hansı bir qəzanın səbəbləri araşdırılarkən onu yaradan amillər aşkar edilir, eləcə də buraxılan səhvlər məlum olur. Nəticə etibarilə, günahkarlar varsa, onlar da öz cəzalarını alırlar. Kənarda dayanıb yalan səbəblər uydurmaq, hadisələrə siyasi rəng vermək, ajiotaj yaratmaq, əsassız şayiələr yaymaq isə nadanların işidir...

İndi hamı - mütəxəssislər də, adi vətəndaşlar da istəyirlər ki, "Bulla-dəniz"dəki alov sönsünbu yatağın alt horizontlarında böyük ehtiyatlar olduğunu sübut edən 90 nömrəli quyu tez həyata qayıtsın. Çünki bu quyu ilə, bu tapıntı ilə Xəzərin qiymətli yataqlarından olan "Bulla-dəniz" yeni bir dövrünü yaşamağa başlayar.

 

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 11.