Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri

 

Yardımlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Xəbər verdiyimiz kimi, sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev ümummilli liderin adını daşıyan parkla tanış oldu.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə ümummilli liderin adını daşıyan parkda görülmüş yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.

Parkın girişində müasir üslubda üç aşırımlı giriş qapısı inşa olunmuşdur. Burada üç fəvvarə, suvarma və işıqlandırma sistemi quraşdırılmışdır.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 1.