Masallıda ulu öndərin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yardımlıya səfərini başa çatdıraraq Masallı rayonuna gəlmişdir.

Dövlət başçısı Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoydu.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, ümummilli liderin adını daşıyan park yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 3.