Astarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıya səfərini başa çatdıraraq Astara rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə Astara şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Prezidentinə Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, son illərdə Heydər Əliyev Parkı sakinlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Parkda astaralıların rayonun qonaqlarının asudə vaxtlarını səmərəli təşkil etmək üçün geniş şərait yaradılmış, fəvvarələr quraşdırılmış, yaşıllıq zolaqları salınmış, müasir işıqlandırma sistemi qurulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 5.