Prezident İlham Əliyev Astarada Boks Mərkəzinin açılışında iştirak etmişdir

 

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Gilan" İdman Klubu tərəfindən Astaranın Ərçivan qəsəbəsində inşa edilmiş Boks Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rayona səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

Məlumat verildi ki, mərkəzin tikintisinə cari ilin fevralında başlanmış və avqustunda yekunlaşdırılmışdır. İdman qurğusunun ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Süni örtüklü yeni açıq mini futbol meydançası yaradılmışdır. Meydançanın işıqlandırma sistemimüasirliyi ilə seçilir.

Diqqətə çatdırıldı ki, ikimərtəbəli binanın birinci mərtəbəsində işçilər üçün hərtərəfli şəraiti olan otaqlar da vardır. Burada Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının standartlarına uyğun qurulmuş məşq salonu idmançıların ixtiyarına verilmişdir. Mərkəzdə məşqlər üçün hər cür şərait yaradılmışdır. Binanın infrastrukturu da müasir standartlara cavab verir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 6.