Lənkəranda ulu öndərin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 5-də Lənkəran şəhərinə gəlmişdir.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin Xatirə parkındakı abidəsi önünə gül dəstəsi qoydu

İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, yenidənqurma işlərinə 2012-ci ilin oktyabrında başlanılmış və 2013-cü ilin mayında başa çatdırılmışdır. Ümumi sahəsi 27 min 500 kvadratmetr olan istirahət mərkəzində geniş yaşıllıq salınmışdır. Ümummilli lider Heydər Əliyevin Xatirə parkındakı abidəsinin ətrafına qranit üzlüklər çəkilmişdir. İşıqlandırma sisteminin də tamamilə yeniləndiyi parkda üç fəvvarə əsaslı təmir olunmuşdur.                    

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 7.