Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 225             Bakı şəhəri, 21 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nda dəyişiklik edilməsi barədə

 

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 aprel tarixli 2853 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 475; 2002,

 

¹ 11, maddə 675; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 10, maddə 973; 2006, ¹ 6, maddə 584; 2007, ¹ 10, maddə 1021; 2008, ¹ 2, maddə 116; 2009, ¹ 2, maddə 144, ¹ 9, maddə 736) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 2.5-ci bəndinin ikinci abzasında "dövri" sözü "qanunla müəyyən edilmiş hallarda" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.