Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 229                   Bakı şəhəri, 27 avqust 2013-cü il

 

 

 

"Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.21-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

"Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 176.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

 

1.2. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlancgömrük anbarı prosedurlarından ibarətdir.

 

1.3. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan müvəqqəti saxlanc anbarında və gömrük anbarında gömrük nəzarəti altında yerləşdirilir.

 

1.4. Gömrük qanunvericiliyinə müvafiq olaraq, daxili mallar da gömrük anbarı proseduruya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.

 

2. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru

 

2.1. Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir.

 

2.2. Malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir:

 

2.2.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;

 

2.2.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;

 

2.2.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.

 

2.3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir.

 

2.4. Gömrük orqanları yarana biləcək gömrük borcuna görə prosedur sahibindən təminat tələb etmək hüququna malikdirlər.

 

2.5. Malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.

 

3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti

 

3.1. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır.

 

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.

 

3.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.

 

4. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi hallar və şərtlər

 

4.1. Daxili mallar saxlanc xüsusi gömrük proseduru altında aşağıdakı hallarda yerləşdirilə bilər:

4.1.1. daxili malların ölkə ərazisindən ixrac olunması nəzərdə tutulduqda;

4.1.2. daxili mallar daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirildikdə.

 

4.2. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi aşağıdakı şərtlər əsasında həyata keçirilir:

 

4.2.1. daxili mallar yalnız gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilir;

4.2.2. daxili mallar ixrac olunduğu halda kağız üzərində yazılı və ya elektron formada ixrac bəyannaməsi, daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda isə bu prosedur üçün müvafiq icazə gömrük orqanına təqdim edilir.

 

4.3. Daxili malların gömrük anbarında saxlancı gömrük orqanının icazəsi əsasında həyata keçirilir.

 

4.4. Gömrük anbarının sahibi tərəfindən daxili malların gətirildiyi barədə gömrük orqanına məlumat verildikdən sonraonlar gömrük anbarında yerləşdirilənədək nəqliyyat vasitələrinin dayanacaq yerinin dəyişdirilməsi, malların boşaldılması və yenidən yüklənməsi, qabların açılması, malların qablaşdırılması, eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, çıxarılması və ya məhv edilməsi yalnız gömrük orqanının icazəsi və nəzarəti altında həyata keçirilir.

 

 

5. Gömrük anbarında daxili malların saxlancına, malların daxildə emalya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına gömrük orqanları tərəfindən icazə verilməsi qaydası

 

5.1. Gömrük anbarında daxili malların saxlancına, xarici malların daxildə emalına ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilərək emalına icazə gömrük rəsmiləşdirilməsini gömrük nəzarətini həyata keçirən gömrük orqanı tərəfindən verilir.

5.2. Gömrük Məcəlləsinin 195-ci 197-ci-199-cu maddələrinə uyğun olaraq, xarici mallar son istifadə ya daxildə emal xüsusi gömrük prosedurları altında yerləşdirildikdən həmin prosedurlar üçün müəyyən edilmiş şərtlər yerinə yetirildikdən sonra gömrük orqanları tərəfindən gömrük anbarında xarici malların emalına icazə verilir.

5.3. Gömrük anbarında daxili malların saxlancına, xarici malların son istifadə ya daxildə emal xüsusi gömrük prosedurları altında yerləşdirilməklə, emalına icazənin alınması üçün şəxs tərəfindən gömrük orqanına müvafiq gömrük prosedurları üçün Gömrük Məcəlləsinin 146.3-cü maddəsinə əsasən müəyyən edilən sənədlər əlavə edilməklə müraciət edilir.

5.4. Gömrük anbarlarında daxili malların saxlanılmasına və xarici malların emalına icazələrin rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş "Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları"na əsasən həyata keçirilir.

 

6. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinə uyğun olaraq satışından əldə edilən məbləğin onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra mal sahibinə verilməsi

 

6.1. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı satışı ilə bağlı xərclər ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra mal sahibinin göstərdiyi bank hesabına 1 günü müddətində köçürülür.

 

 

7. Malların gömrük anbarında saxlanc müddəti

 

7.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il müddətində saxlanıla bilər.

7.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər.

7.3. Bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddət başa çatanadək mallar digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barədə Gömrük Məcəlləsinin 57-ci fəslinə əsasən sərəncam verilir.

7.4. Bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddət artırılmadan və gömrük proseduru dəyişdirilmədən malların bir gömrük anbarından digərinə daşınmasına gömrük orqanının icazəsi və nəzarəti altında yol verilir.

 

 

8. Yekun müddəa

 

 

 

8.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixiarxeoloji sərvətlərinin qorunması baxımından Gömrük Məcəlləsinin 214.1-ci maddəsində göstərilmiş malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.