Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 231                   Bakı şəhəri, 27 avqust 2013-cü il

 

 

"Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallarbunun Qaydası"nın təsdiq edilməsi haqqında

 

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

"Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallarbunun Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 27 avqust tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallar bunun

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 217-ci maddəsinə əsasən hazırlanmışdır nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü halları götürülmə qaydasını müəyyən edir.

 

1.2. Nəzarətli göndəriş qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici dövlətlərin gömrük digər səlahiyyətli orqanları ilə razılaşmalara ya beynəlxalq müqavilələrə uyğun olaraq, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin nəzarəti altında gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması ya tranzitlə keçirilməsi üzrə əməliyyat-axtarış tədbiridir.

 

1.3. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar (bundan sonramallar) barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti əvvəlcədən məlumatlandırılır.

 

2. Nəzarətli göndərişin məqsədləri

 

2.1. Gömrük sərhədindən keçirilən malların qanunsuz beynəlxalq dövriyyəsi ilə bağlı törədilən ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması dövriyyədə iştirak edən şəxslərin aşkar edilməsi nəzarətli göndərişin həyata keçirilməsinin məqsədləridir.

 

3. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən malların götürülməsi halları

 

              3.1. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mallar aşağıdakı hallarda götürülür:

 

3.1.1. malların nəzarət altında təyinat yerinə çatdırılması üçün kifayət qədər qüvvə, vəsait təminat olmadıqda;

 

3.1.2. nəzarətli göndəriş metodundan istifadə edilməsinə zərurət aradan qalxdıqda;

 

3.1.3. nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mallar insanların həyat sağlamlığına, habelə ətraf mühitə təhlükə yaratdıqda.

 

4. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən malların götürülməsi qaydası

 

4.1. Gömrük sərhədindən keçirilən malların götürülməsi (tam ya qismən götürülməsi ya əvəz edilməsi) hər bir halda nəzarətli göndərişin həyata keçirilməsində iştirak edən xarici ölkələrin gömrük ya digər səlahiyyətli orqanları ilə razılaşma əsasında həyata keçirilir.

 

4.2. Gömrük sərhədindən keçirilən malların götürülməsini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin nümayəndələrindən ibarət yaradılan komissiya həyata keçirir. Malların götürülməsi komissiyanın bu Qaydanın əlavəsində göstərilən aktı ilə rəsmiləşdirilir.

 

4.3. Gömrük sərhədindən keçirilən malların götürülməsi gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirildiyi zaman komissiyanın tərkibinə müvafiq sərhəd nəzarətburaxılış məntəqəsinin əməkdaşları da daxil edilirlər.

 

4.4. Komissiyanın aktında aşağıdakılar göstərilir:

 

4.4.1. aktın tərtib edilmə tarixi yeri;

 

4.4.2. malların götürülməsində iştirak etmiş şəxslərin soyadları, adları, atalarının adı, yerləri, vəzifələri, imzaları;

 

4.4.3.      malların götürülməsi üçün əsas;

 

4.4.4. keçirilmə üsulu, saxlandığı tara, qablaşdırılma üsulu digər zəruri məlumatlar göstərilməklə, götürülən malların adı miqdarı;

 

4.4.5. malların götürülməsi üsulu (tam ya qismən götürülməsi ya əvəz edilməsi);

 

4.4.6. götürülmüş mallar barədə qəbul edilmiş qərar.

 

4.5. Malların götürülməsi zamanı foto video çəkilişlərdən, yaxud digər texniki vasitələrdən istifadə edildikdə, həmin məlumat daşıyıcıları akta əlavə edilir.

 

4.6. Aktın surəti komissiyanın işində iştirak etmiş orqanların nümayəndələrinə verilir.

 

4.7. Gömrük sərhədindən keçirilən malların götürülməsi ilə müşayiət edilən nəzarətli göndərişin həyata keçirilməsinin ekspert-kriminalistik operativ-texniki təminatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əməliyyataxtarış fəaliyyətinin digər subyektləri arasındakı razılaşmalar əsasında həyata keçirilir.

 

4.8. Götürülən mallar barədə qərar qəbul edilənədək, onlar gömrük orqanlarında saxlanılır.

 

 

Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallar bunun Qaydası”na

əlavə

 

Malların götürülməsi haqqında

 

 

 

AKT

 

 

Tarix “___”__________20____il                             Yer ________________

 

 

İştirak etmiş şəxslər:

 

 

Sıra ¹-si

 

                   Soyadı, adı, atasının adı

 

İş yeri vəzifəsi

 

İmza

 

 

 

Malların götürülməsi üçün əsas __________________________________

 

_______________________________________________________________________________________________________________________

 

 

 

Götürülən malların adı miqdarı (keçirilmə üsulu, saxlandığı tara ya qablaşdırılma üsulu, digər zəruri məlumatlar göstərilməklə) ___________

 

__________________________________________________________________________________________________________________________

 

 

 

Malların götürülməsi üsulu (tam ya qismən götürülməsi ya əvəz edilməsi, qısa təsviri) ________________________________________

 

_______________________________________________________________________________________________________________________

 

Mallar barədə qəbul edilmiş qərar (rekvizitləri, qısa məzmunu) __________

 

_____________________________________________________________

 

_____________________________________________________________

 

 

 

Gömrük sərhədindən keçirilən malların götürülməsi zamanı foto video çəkilişdən, yaxud digər texniki vasitələrdən istifadə haqqında qeyd ______                                                                                                                            _____________________________________________________________

 

_____________________________________________________________

 

 

 

Qeyd________________________________________________________

 

_____________________________________________________________

 

 

 

M.Y.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.