Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorliki qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorliki qəbul etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlət başçısına təqdim etdi (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 2.