Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclası keçirilmişdir

 

Sentyabrın 9-da Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 70-ci iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın sərhəd xidmətlərinin, Sərhəd Qoşunlarının Komandanları Şurasının Əlaqələndirici Xidmətinin, MDB İcraiyyə Komitəsinin, MDB-nin Antiterror Mərkəzinin, Avrasiya İqtisadi Birliyinin nümayəndə heyətləri iştirak etmişlər.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev açılış nitqi ilə çıxış etmiş, iclasın MDB ölkələri arasında sərhəd məsələlərində əməkdaşlığın güclənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Sərhəd Qoşunlarının Komandanları Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov iclasın gündəliyini elan etmiş, müzakirə olunacaq və qarşıda duran məsələlər barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev bildirmişdir ki, daxili sabitlik, yüksək iqtisadi inkişaf templəri, uğurlu sosial siyasət və əhalinin rifah halının yaxşılaşması nəticəsində Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin təşkili üçün əlverişli məkana çevrilmişdir. MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclası da bunu bir daha təsdiqləyir. Hazırda qloballaşmadünya birliyində müxtəlif ölkələrin birləşməsi prosesi ilə əlaqədar dövlət sərhədlərinin səmərəli mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında əsas səylərdən biridir.

V.Əliyev qeyd etmişdir ki, dövlət sərhədlərinin mühafizəsi  beynəlxalq terrorizmə, separatizmə, transsərhəd mütəşəkkil cinayətkarlığa, qeyri-leqal miqrasiyaya, narkotiklərin və kütləvi qırğın silahının komponentlərinin qaçaqmalçılığına qarşı fəaliyyətin təsirli alətidir. Bugünkü iclasın iştirakçıları olan bütün ölkələr belə aktual və faciəvi sonluqla nəticələnən problemlərlə tez-tez üzləşirlər. Bizim sərhədlərimizi qoruyan şəxslər, sizin də sərhədlərinizi qoruyurlar. Hər ötən gün bizim səhv etmək hüququmuzu azaldır, məsuliyyətimizi isə artırır. Bu nöqteyi-nəzərdən beynəlxalq sərhəd əməkdaşlığı daha böyük əhəmiyyət kəsb edir. Şübhəsiz, sərhədlərin təhlükəsizliyinin təmin olunması, o cümlədən dövlət təhlükəsizliyi sistemi əsas prioritetlərdən biridirregionda sabitliyin zəmanətidir. Hazırda dövlət sərhədində təhdidlərin spesifikaxarakteri, o cümlədən sərhədçilər qarşısında qoyulan hədəflər ölkələrimiz arasında sərhəd təhlükəsizliyinin təmin olunmasına yeni metodyanaşmalar tələb edir.

V.Əliyev demişdir: "Hazırda Azərbaycan dünya birliyində layiqli yer tuturonun beynəlxalq aləmdə nüfuzu ildən-ilə artır. Buna nümunə olaraq son il yarım ərzində keçirilən "Eurovision-2012" mahnı müsabiqəsini, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Beynəlxalq Humanitar Forumu, Dünya İqtisadi Forumunu (Davos Forumu) və digər bu kimi beynəlxalq tədbirləri qeyd etmək olar. Azərbaycanın öz tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi 2012-ci ilin sentyabrından bu təşkilatda fəaliyyətə başlamasını xüsusi qeyd etmək lazımdır".

 V.Əliyev vurğulamışdır ki, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, o cümlədən Xəzərin neft yataqlarının, nəqliyyat dəhlizlərinin və ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması sərhəd xidmətində köklü dəyişiklikləri zəruri edir. Buna görə də dövlət başçısı sərhəd təhlükəsizliyinin, sərhədlərin idarə olunması sistemlərinin inteqrasiya edilməsinə, sərhəd nəzarətində yeni norma və metodların tətbiqinə hərtərəfli dəstək göstərir. Son on ildə ölkə başçısı 19 dəfə Sərhəd Xidmətinin müxtəlif hissələrinə baş çəkmiş və dövlət sərhədlərinin mühafizəsinin təşkili üzrə işlərin vəziyyəti ilə şəxsən tanış olmuşdur. 2005-ci ildən etibarən Sərhəd Xidmətinin büdcəsi yeddi dəfə artmışdır. Müasir sərhəd infrastrukturunun yaradılması üzrə böyük həcmdə işlər görülmüş, maddi-texniki baza yaxşılaşdırılmış, 1200 mənzil, Olimpiya İdman Mərkəzi, istirahət evi tikilibistismara verilmişdir. Havadan nəzarətin gücləndirilməsi və Xəzərdə sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə sahil mühafizə dəstələri yaradılmışdır. Həmçinin şəxsi heyətin ixtisaslaşdırılmasının yaxşılaşdırılması məsələsinə də böyük diqqət ayrılır. Dövlət başçısının müvafiq sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Akademiyası yaradılmışdır.

İclasda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət  onun inkişaf meyilləri barədə fikir mübadiləsi aparılmış, 2013-cü ildə keçirilmiş birgə əməliyyat-profilaktik tədbirlərin nəticələri və 2014-cü ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilmiş, gələn ilin fəaliyyət planı müzakirə olunmuşdur.

Sonra iştirakçılar xatirə şəkli çəkdirmişlər.

İclas çərçivəsində bir sıra sərhəd xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyətləri Dövlət Sərhəd Xidmətinin Akademiyası, "Sərhədçi" İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olmuşlar.

Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti SQKŞ-də müşahidəçi statusuna malikdir. Qurumun 2001-ci ildə 40-cı, 2008-ci ildə isə 60-cı iclasları Bakıda keçirilmişdir.

 

Azərbaycan. - 2013.- 10 sentyabr.-  S. 4.