Kreativ, vətənpərvər gənclik daha qüdrətli Azərbaycanın etibarlı təminatçısıdır

 

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) XI Yay Forumu uğurla başa çatdı. Hər yay dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələri bir araya gətirən ASAİF-in Bakı Forumunda da gəncləri maraqlandıran mövzular müzakirəyə çıxarıldı.

Dünyanın qabaqcıl ali təhsil ocaqlarının bakalavr və magistrları, məzunları ASAİF-in ənənəvi forumlarında iştirak etməklə gələcək karyeraları üçün gözəl imkan qazanırlar. Bu, onların özləri tərəfindən də etiraf olunur. Qəzetimizə açıqlama verən gənclər ASAİF-in təşkil etdiyi bu forumlarforuma qatılmalarının səbəblərini belə izah etdilər:

 

ASAİF kimi qısa zamanda bu qədər irəli gedən ikinci bir təşkilat yoxdur

 

Vüqar QURBANOV,

 

Ankaraİstanbul tibb universitetlərində Ağız və üz-çənə cərrahiyyə ixtisası üzrə ixtisaslaşma kursunun məzunu, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin doktorantı:

 

- Artıq bir neçə ildir ki, ASAİF-in ənənəvi yay forumlarında iştirak edirəm. Bakıda keçirilən XI Yay Forumu əvvəlcədən də deyildiyi kimi, tam yeni formatda keçirildi. Hər il keçirilən bu forumlarda rəngarənglik olduğu üçün gənclərin ASAİF-ə olan marağı daha da artır. Bu səbəbdən də xaricdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkələşməsi prosesi sürətlənir. Hər il keçirilən toplantılarda fərqli panellər, fərqli mövzular olduğu üçün tələbələr daha fəal iştirak edirlər. Bu forumda da yeniliklər çox idi. Gəncləri maraqlandıran suallara dövlət rəsmiləri aydınlıq gətirdilər. Çox maraqlı müzakirələr, diskussiyalar keçirildi.

Gənclər ASAİF-in bu forumlarında çox şey öyrənir və gələcək karyeralarının istiqaməti ilə bağlı bilgilər toplayırlar. Bununla bərabər, ASAİF-dən gözləntilərimiz çoxdur. Şəxsən mənim bu forumlara qatılmaqda məqsədim gənc həkimlərlə yaxından tanış olmaq, xaricdə təhsil alan və məzun olan gənclərlə sıx əlaqələr qurub tibb sahəsində baş verən yenilikləri və digər məsələləri birlikdə müzakirə etməkdir. Bir həkim olaraq istərdim ki, ASAİF gələcək forumlarında tibb ixtisası üzrə təhsil alan tələbələrin bir paneldə müzakirələr aparmasına imkan yaratsın. Həmin paneldə Azərbaycan səhiyyəsində olan bəzi problemlərin həlli yolları birgə müzakirə olunsun.

Azərbaycanda çoxlu sayda gənclər təşkilatları mövcuddur. Ancaq ASAİF kimi tez bir zamanda bu qədər irəli gedən, məşhurlaşan ikinci bir təşkilat yoxdur. Bu da çox güman ki, onun idarəçiliyi ilə məşğul olan gənclərdən aslıdır. Bütün ASAİF-çilərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Foruma qatılmaqla özümə yeni dostlar qazanmışam

 

Könül VƏLİZADƏ,

 

Türkiyənin Orta Doğu Texniki Universitetinin III kurs tələbəsi:

 

- ASAİF-in forumlarına son iki ildir ki, qatılıram. İki forum arasında fərqlilik çoxdur. Hər dəfə yeni mövzular ətrafında fikir mübadiləsi aparılır panellərdə olan diskussiyalar məni çox sevindirir. ASAİF dövlət orqanları ilə tələbələr arasında bir körpü kimi fəaliyyət göstərir istənilən məsələnin həllində xaricdə təhsil alan tələbələrə yardımçı olur. Çox sevinirəm ki, Azərbaycanda belə bir təşkilat yaradılıb. Avropanın bir çox ölkəsində belə qurum yoxdur. Forumlara qatıldıqda onu da hiss edirəm ki, beynəlxalq tədbirlərin təşkilində digər  məsələlərdə tələbələrə qayğı göstərilir. ASAİF-in əsas təqdir olunası cəhəti isə müxtəlif tələbələri bir araya gətirməsidir onların şəbəkəsini genişləndirməsidir. İki foruma qatılmaqla mən özümə yeni dostlar qazanmışam. Eyni zamanda, burada tələbələr bir-birinə istənilən mövzuda yardımçı olurlar. Nazirlər, komitə sədrləri tələbələr qarşısında çıxış edib ölkə qanunvericiliyindəki yeni dəyişikliklər, baş verən nəzərdə tutulan gələcək layihələr barədə məlumat verirlər. Tələbələr isə onları maraqlandıran məsələlərlə bağlı öz müraciətlərini edirlər. Bakı forumunda biz öz təklif rəylərimizi yazılı şəkildə qeyd etdik ASAİF-ə təqdim elədik. Hesab edirəm ki, tələbələrimizin irəli sürdükləri məsələlər öz həllini tapacaq.  

 

ASAİF-in forumları bir-birindən fərqlənir

 

Ağa BAYRAMOV,

 

Türkiyə Orta Doğu Texniki Universitetinin IV kurs tələbəsi:

 

- Biz ASAİF-in qayğısını daim üzərimizdə hiss edirik. Hər hansı bir problemimiz, şikayətimiz olduqda ASAİF vasitəsilə onun həllinə nail oluruq. Qurumun hər il təşkil etdiyi yay forumlarını çox müsbət qiymətləndiririk. Çünki bu forumlarda dünyanın bütün ölkələrində təhsil alan tələbələr bir araya gətirilir. Fikrimcə, bu, böyük nailiyyətdir. Forumlarda aparılan diskussiyalar, məsələlərə fərqli baxışlar hər kəsə imkan verir ki, özü üçün bir nəticə çıxarsın təcrübə mübadiləsini genişləndirsin. Bu forumda gənclərə bütün sahələrdə fikir bildirməyə şərait yaradılır. İldən-ilə bu təcrübə mübadiləsi daha da genişlənir. Çünki ASAİF-in I Yay Forumu ilə XI Yay Forumu bir-birindən çox fərqlənir. Yeni kadrların bu işlərə cəlb edilməsi, tələbə kontingentinin böyüməsi işin təşkilini daha da təkmilləşdirib. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə oxuyan tələbələrə olan böyük diqqətini danmaq olmaz. Mən şəxsən öz adımdan deyə bilərəm ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alıb qayıdan tələbələrə Azərbaycanda böyük etimad var. Bu gün Azərbaycanda savadlı, Vətənini, millətini çox sevən insanlar üçün hər cür şərait mövcuddur. Hesab edirəm ki, ASAİF-in Bakı Forumu hələ uzun müddət yaddaşlardan silinməyəcək. Biz forumda bu ildən digər ölkələrdə təhsil almağa yollanacaq tələbələrlə tanış olduq onlarla öz təcrübəmizi bölüşdük. İnanıram ki, ASAİF-in növbəti forumları daha maraqlı olacaq.

 

ASAİF öz missiyası ilə böyük uğurlara imza atacaq

 

Məhin ALMƏMMƏDOVA,

 

Amerika Birləşmiş Ştatlarının Ayova ştatının  "Spokane Community College" ali məktəbinin II kurs tələbəsi:

 

- Amerikada təhsil Avropa Asiyadan çox fərqlənir. Orada dərslər hər zaman interaktiv formada keçirilir. Bu formada tələbələrə bilik vermək daha asandır. Heyf ki, ASAİF-in bundan əvvəlki forumlarında iştirak edə bilməmişəm. Lakin Bakıya qayıtdıqdan sonra ASAİF-in forumlarında iştirak etmək üçün səy göstərmişəm.

Bu forumda tələbələr təhsil naziri Mikayıl Cabbarova təkliflər paketi təqdim etdi. Çox şadam ki, nazir təkliflərin hər birinə xüsusi qiymət verdi. Bizim təhsil naziri ilə birbaşa ünsiyyətimizə şərait yaradan ASAİF-ə dərin təşəkkürümü bildirirəm. ASAİF-in forumlarında xoşuma gələn cəhətlərdən biri odur ki, burada hər il müxtəlif ölkələrdən tələbələr iştirak edirlər. Maraqlısı odur ki, onlar hər dəfə əvəzləndirilir. Misal üçün, ötənilki yay forumunda iştirak edən tələbələrin təxminən yarısı bu il burada yoxdur, artıq yeniləri qatılıb. Beləliklə, aydın olur ki, ASAİF xaricdə təhsil alan tələbələrin şəbəkələşmə şansını xeyli artırıb. Bu forum çox səmərəli keçdi. Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələri bir araya gətirmək, onların toplantısını, forumunu istirahətini təşkil etmək heç asan məsələ deyil. ASAİF bu ağır missiyanı üzərinə götürərək onun öhdəsindən lazımi səviyyədə gələ bilir. Güman edirəm ki, gələcək forumlarda daha yeni məsələlər müzakirəyə çıxarılacaq xaricdə təhsil alan azərbaycanlı tələbələri öz ətrafına toplayan ASAİF böyük uğurlara imza atacaq.

 

Ölkəmizə yeniliklər gətirəcəyik

 

Anar BABAZADƏ,

 

İspaniyanın  "İnstituto de Empresa" ali məktəbinin magistri:

 

- Mən İspaniyada Dövlət Proqramı çərçivəsində təhsil alıram. Təhsilimi başa vurub Azərbaycana qayıdanda Vətənimiz üçün idarəetmə sahəsində töhfələr verəcəyimə inanıram. Hazırda gələcək təhsilimi bu istiqamətdə planlaşdırıram. ASAİF-in təşkil etdiyi forumlar gənclərin karyerası üçün çox əhəmiyyətlidir. Burada digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə, məzunlarla tanış olub fikir mübadiləsi aparırıq. Avropalılara öz dillərində bizim tariximizi, mədəniyyətimizi həqiqətlərimizi çatdıranda onlar üçün çox maraqlı olur. ASAİF-in XI Yay Forumunda da iştirak etməyimin səbəblərindən biri ölkəmiz haqqında son yeniliklərlə tanış olmaq, dövlət rəsmilərindən məlumatlar toplamaq onları hansısa formada İspaniyada yaymaqdır. Bundan əvvəl ASAİF-in iki forumunda iştirak etmişəm. Hər dəfə foruma qatılanda nəzərəçarpan inkişafı görürəm. Əvvəllər qeydə alınan cüzi nöqsanlar, yaxud çatışmazlıqlar ildən-ilə aradan qalxır, təşkilat yenilənir daha da inkişaf edir. İnanıram ki, dünyanın bir çox ölkələrində təhsil almış bu tələbələr gələcəkdə müsbət addımlar atacaqlar. Müəyyən nöqsanlar varsa, onlara göz yummaq deyil, kömək olmaq, özlərinə qarşı tələbkarlığı artırmaq lazımdır ki, tələbə inkişafda olsun. Əminəm ki, tələbələr Azərbaycanın gələcək inkişafı üçün ölkəmizə böyük yeniliklər gətirəcək.

 

ASAİF uğurlu karyera üçün ən yaxşı partnyordur

 

Zinyət AĞARZAYEVA,

 

İstanbul Texniki Universitetinin tələbəsi:

 

- ASAİF dünyada təhsil alan tələbələri hər il bir araya gətirir. Bu, həqiqətən çox böyük güc tələb edir. Bunun üçün təşkilatçılıqdan tutmuş, digər işlərə kimi böyük peşəkarlıq sərgilənir. Buna görə ASAİF rəhbərliyinə onun bütün kollektivinə təşəkkürümü bildirirəm. Fikirləşirəm ki, ASAİF bizə çox imkanlar yaradır. Biz bu forumlar vasitəsilə tələbələrin şəbəkəsini yaradırıq. Bəlkə gələcəkdə bu tələbələrlə hansısa birliyində ola bilərik. Bunun özü çox təqdirəlayiq haldır.

Artıq üçüncü dəfədir ki  forumda iştirak edirəm. Hər dəfə yeni ideyaların ortaya çıxdığının, yeni təkliflər səsləndirildiyinin şahidi oluram.

Azərbaycanlı tələbə xaricə gedəndə onun vətənpərvərlik hissi daha qabarıq olmalıdır. Burada toplaşan tələbələrin əksəriyyəti Vətəni layiqincə təmsil edənlərdir. Onların hər biri Vətən sevgisini üzərlərində daşıyır və inanıram ki, ölkəmizin xaricində Azərbaycanın adına xələl gətirəcək bir addım atmırlar. Çünki buraya toplaşanlar artıq elmlidünyagörüşlü gənclərdir.

 

Azərbaycan. - 2013.- 10 sentyabr.-  S. 5.