Moskvada «Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər» kitabı çapdan çıxmışdır

 

Sentyabr ayında Rusiya Federasiyasının paytaxtında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin "Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər" kitabı çapdan çıxmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən AzərTAc-a bildirmişlər ki, kitab müəllif tərəfindən bir ildən çox Azərbaycanda və Rusiyada aparılan tədqiqatların nəticəsidir.

Beş fəsildən ibarət nəşrdə əsası  ulu öndər Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən       Prezidentliyi dövründə qoyulmuş dövlətçilik bünövrəsi üzərində Azərbaycanın müstəqil daxilixarici siyasətinin inkişafı, regionda yerirolu, xarici tərəfdaşlarla, xüsusən Avropa ilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatları təhlil edilmişdir.

Kitabın birinciikinci fəsillərində "Əsrin müqaviləsi" və Xəzərin sektorlara bölünməsi", "Yeni nəqliyyat infrastrukturunun yaradılması, enerji strategiyasında qaz-neft faktoru", "Dövlət neft şirkəti - şəffaflıq şərtlərində yatırımlar", üçüncü fəslində "İqtisadi fəaliyyətin liberallaşdırılması, kiçikorta sahibkarlığa dəstək", "İnformasiyakommunikasiya texnologiyaları", "Gələcəyə baxış - Azərbaycan-2020", dördüncü fəslində "Qloballaşma dövründə Azərbaycanın xarici siyasətinin oriyentasiyası", "Həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi", "Dünya birliyində özünümüəyyənetmə", "Rusiya, Amerika Birləşmiş Ştatları, NATO Avropa İttifaqı Cənubi Qafqaz siyasətinin mərkəzində", "İslam dünyası ilə əlaqə - praqmatizmbalans", beşinci fəslində isə "Yeni siyasi məkan və müasirləşdirilmə", "Yaradıcı gənclər Azərbaycanın inkişafının generatorudur" mövzuları əksini tapmışdır.

Rus dilində nəşr olunmuş kitab Azərbaycanda və Rusiya Federasiyasında satış üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi kitabın nəşr olunmasına akademik dəstək göstərmişdir.

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 10.