Beynəlxalq reytinq agentlikləri Azərbaycanda gedən iqtisadi inkişafı yüksək qiymətləndirirlər

 

Azərbaycanın qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləməsi uğurlu iqtisadi siyasətdən xəbər verir

 

İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini uğurla geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur.

Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir.

Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması artıq gündəlik həyat normasına çevrilib. Çətin, lakin şərəfli müstəqillik tariximizin ötən 22 ilinə nəzər salarkən düşünməliyik ki, böyük qürur və fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində olmalıyıq. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir.

Qlobal maliyyə böhranı bir sıra dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vursa da, Azərbaycanda sistemlidüzgün koordinasiya olunmuş preventiv tədbirlər nəticəsində bütün makroiqtisadi paramertlər üzrə inkişaf təmin edilmişdir. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan ötən ilin yekunları və cari ildə əldə olunan makroiqtisadi nəticələr deməyə əsas verir ki, ölkə iqtisadiyyatı davamlı inkişaf edir.

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilmişdir. Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmişdir. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. 2012-2013-cü illər  hesabatında isə ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-cü illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdur. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması, ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf uğurlu siyasətin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.

Bir sıra beynəlxalq reytinq agentlikləri də Azərbaycanda gedən iqtisadi inkişafı yüksək qiymətləndirmişlər. Belə ki, "Moods Investors Servises" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta üzrə "Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərinin proqnozunun "sabit"dən "pozitiv"ə qaldırılması barədə qərar qəbul etmişdir. Bunlar dövlətin fiskal dayanıqlığını təmin edən işlərin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin, qeyri-neft sektorunun inkişafına dövlət investisiyalarının həcminin əhəmiyyətli dərəcədə artımı hesabına əldə edilmişdir. Bundan başqa, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi təyin etdiyi uzunmüddətli yerlixarici valyuta reytinqini "BBB" investisiya səviyyəsində saxlayaraq reytinq üzrə proqnozun "sabit"dən "pozitiv"ə dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2012-ci illərdə 3-4 dəfə artdığı halda respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard manatı ötmüşdür. 2013-cü ilin dövlət büdcəsi 2012-ci ilin dövlət büdcəsi ilə müqayisədə gəlir və xərclərin artması ilə diqqəti çəkmişdir. Bu ilin dövlət büdcəsi gəlirləri 19,2 milyard manatdır ki, bu, cari illə müqayisədə 2,14 milyard manat çoxdur. Cənubi Qafqaz regionu iqtisadiyyatının 80 faizi məhz Azərbaycanın payına düşür.

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi ilk növbədə hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Azərbaycan bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni yerlərinin açılması naminə sistemli addımlar atılmışdır.

Ötən 10 ildə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan dövlətlərindən biri kimi tanınır.

Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır. Kiçikiri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisarkorrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi adamları tərəfindən də razılıqla qarşılanır. Hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 82 faiz təşkil edir. Demokratikləşmə prosesinin sürətləndirilməsi mərhələsində sahibkarlığın və xüsusi mülkiyyətçiliyin roluna verilən böyük qiymət iqtisadi cəhətdən inkişaf etmiş bir çox dövlətlərin uğurlu təcrübəsinə əsaslanır.

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə imkan vermişdir. Ölkədə işsizliyin səviyyəsi 5,2 faiz, yoxsulluğun səviyyəsi isə 6 faizdir. On il ərzində 1 milyon 180 min yeni yeri açılmışdır. Bu ilin altı ayında 55 min yeri yaranmışdır. Onlardan da 45 mini daimi yeridir.

Azərbaycanda hazırda milli ideya səviyyəsində nəzərdən keçirilən məqsədlərdən biri məhz respublikanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun azı 2 dəfəyədək artırılması mühüm vəzifə kimi qarşıda müəyyənləşdirilmişdir. Respublikanın ilbəil genişlənən maliyyə imkanları isə bu məqsədin reallaşmasına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələdə yüksək dinamizmlə davam etdirməyə imkan verir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Nüfuzlu beynəlxalq reytinq agentlikləri qurumları da bunu öz hesabatlarında vaxtaşırı etiraf etməkdədirlər.

 

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 1.