XƏZƏR - abadlıq və quruculuğun möhtəşəm ünvanı

 

Qədim tarixə, zəngin ənənə və dəyərlərə malik Azərbaycan xalqı Xəzərin sahilində böyük amfiteatrı xatırladan əzəmətli paytaxtına - Bakı şəhərinə ülvi hisslərlə yanaşmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bakıya daxilən bağlı olan, onu milli kimliyimizin və varlığımızın rəmzi kimi sevən Prezident İlham Əliyev şəhərin milli uslübda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün əlingən gələni əsirgəmir.

"Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" deyən dövlət başçısı bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnməyi tapşırır.

 

İnkişaf davamlı hal alıb

 

Bu gün paytaxt Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrində abadlıq-quruculuq işləri gedir. Prezident İlham Əliyev mütəmadi olaraq Bakının rayonlarında və qəsəbələrində olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramı isə uğurla davam etdirilir. Bu istiqamət üzrə Xəzər rayonunda da görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. Bu günə gəlib çatan bir sıra dünya, eləcə də ölkə əhəmiyyətli tarixi abidələr ərazidə qədim yaşayış məskənlərinin salındığını sübut edir. Dövrümüzə gəlib çatan qayaüstü rəsmlər, yaşı eramızdan əvvəl hesablanan kurqanlar, qəbirstanlıqlar, tarixi-memarlıq abidələri, qalalar, tikililər, türbə və məscidlər ərazinin qədim mədəniyyətə malik olduğunu təsdiqləyir. Təkcə Qala tarix-etnoqrafiya qoruğunun ərazisində 234-ə yaxın həyət, məscid və hamam vardır. Abşeron yarımadasının səfalı guşəsində yerləşən Xəzər rayonu neft rayonu kimi də tanınır. Rayonda 9 qəsəbə (Şüvəlan, Şağan, Buzovna, Mərdəkan, Qala, Gürgan, Zirə, Türkan, Binə) və 9 bələdiyyə mövcuddur. Yerli əhali əsasən azərbaycanlılar olsa da, burada ləzgi, rusbaşqa xalqların nümayəndələri də yaşayır.

Dinamik inkişafın nəticəsi olaraq simasını dəyişən Bakının rayon və qəsəbələrində aparılan quruculuq, yenidənqurma işləri bu gündavam etməkdədir. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cu ilin birinci yarımilində ölkənin  sosial-iqtisadi  inkişafının yekunlarına həsr edilmiş iclasında  qeyd edilmişdir ki, ötən dövrdə Azərbaycanda umumi daxili məhsul 5  faiz, qeyri neft sektorunun inkişafı 11 faiz, əhalinin pul gəlirləri 7 faiz, kənd təsərrüfatında 5 faiz artmışdır. İşsizliyin səviyyəsi azalmış, yoxsullugun səviyyəsi 10 faizdən aşagı olmuşdur. İnfilyasiya birrəqəmli səviyyədə qalmışdır.

 

 

Yenidənqurma və abadlıq işləri rayonun simasını dəyişib

 

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla həyata keçirilir. Rayonda  tikintiquruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, sukanalizasiya sistemləri yeniləşdirilmiş,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.

Buzovna-Şağan-Mərdəkan-Şüvəlan və Qala-Pirallahı  magistral yollarının yenidənqurulması ilə əlaqədar işlər davam etdirilir, yolkənarlarında xarici görünüşə xələl gətirən qeyri-qanuni tikililər sökülür. Hazırda həmin ərazidə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında fərmana müvafiq olaraq işlər davam etdirilir. Hesabat dövrundə rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri görülmüşdür. Gürgan qəsəbəsində 12 min kvadratmetr, Buzovna qəsəbəsində 42 min 600 kvadratmetr, Şüvəlan qəsəbəsində 38 min kvadratmetr, Buzovna-Mərdəkan-Şüvəlan yeni magistral yolunda 7,6 kilometr, Qala-Pirallahı magistral yolunda 10 kilometr, Şüvəlan mərkəzi Almaz İldırım küçəsində 17 min kvadratmetr asfalt işi görülmüşdür. Umumilikdə rayon üzrə keçən dövrdə icra hakimiyyəti tərəfindən 13 kilometr, dovlət proqramı çərçivəsində isə 19,3 kilometr olmaqla cəmi 32,3 kilometr yeni asfalt örtüyü salınmışdır. Qaz təchizatı ilə baglı hesabat dövründə rayonun qaz istismar idarəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində müvafiq işlər görülmüşdür. Rayonun 9 qəsəbəsində 311 min 376 paqonmetr qaz xətti çəkilmiş və dəyişdirilmişdir. Elektrik enerjisi təchizatı sahəsində rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 13 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 50 ədəd cərəyan transformatoru və 9 ədəd güc transformatoru dəyişdirilmiş, 371 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub,  Xəzər Sukanal Departamenti tərəfindən ümumilikdə Dövlət Proqramı çərçivəsində 12 min 850 paqonmetr su xətti, 5550 paqon metr məhəllədaxili su xətləri çəkilmiş, müxtəlif ölçülü 362 paqonmetr istismara yarasız su boruları dəyişdirilmiş, bunun da 109 paqonmetri binaların zirzəmisində istismara tam yararsız vəziyyətdə olan su xətlərinin yenisi ilə əvəzlənməsinə sərf edilmişdir. Əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə 35 ədəd su   nasosları quraşdırılmış, 62 ədəd su nasosu təmir edilmiş, 75  ədəd su quyusunda təmir işləri aparılmışdır.

Əhaliyə göstərilən tibbi xidmətin müasir səviyyədə həyata keçirilməsinə ötən dövrdə də xüsusi diqqət göstərilmiş, vətəndaşlara nümünəvi xidmət  məqsədilə tibb müəssisələrinin maddi-texniki bazası xeyli genişləndirilmişdir. Səhiyyə sahəsi  üzrə 26 saylı Birləşmiş şəhər xəstəxanasının, 36 saylı Pulmanoloji uşaq sanatoriyasının əsaslı təmiri başa çatdırılmış, avadanlıq və inventarlarla təchiz olunaraq istifadəyə verilmişdir. Buzovna qəsəbəsində Respublika Uşaq Sanatoriyasının əsaslı təmiri, professor Gindes adına uşaq sanatotiyasının və 7 nomrəli Agciyər xəstəxanası üçün əlavə korpusların tikintisı, Buzovna uşaq reabilitasiya mərkəzinin və Türkan qəsəbəsində Diaqnostika Mərkəzinin tikintisi davam edir.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda mühüm layihələr gerçəkləşib

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Milli Məclisdə Xəzər rayonunun seçicilərini təmsil edir. Fəaliyyətə başladığı ilk gündən təhsilə, mədəniyyətə, dini abidələrin qorunub saxlanılmasına, milli ənənələrimizə, dəyərlərimizə hörmətlə yanaşmaq fəaliyyətinin əsas istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda bir çox sosial təyinatlı layihələr həyata keçirilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin fəal deputatı kimi həm də öz seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğruldur. Azərbaycanın birinci xanımı qısa müddətdə deputatı olduğu Xəzər rayonunda böyük layihələrin həyata keçirilməsinə nail olmuşdur. Məhz onun təşəbbüsü və dəstəyi ilə yaradılmış "Xəzər rayonunun İnkişaf Fondu" Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir.

Binə qəsəbəsindəki İmam Rza məscidi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub və işlər 2013-cü ilin iyununda başa çatmışdır.

Təhsil sahəsi üzrə Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində  Buzovna qəsəbəsində 26 nomrəli məktəb üçün 40 sinifli 800 yerlik yeni korpus istifadəyə verilmişdir. Avqust ayının 28-də məktəbin açılış mərasimi keçirilmiş və mərasimdə Prezident İlham Əliyev də iştirak etmişdir. Dövlət başçısı təhsil ocağının yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış olmuşdur.

Həm Heydər Əliyev Fondu, həm də Dövlət Proqramı çərçivəsində rayonun 125 nömrəli məktəbi üçün 35 sinifli 960 yerlik, 206 nomrəli məktəbi üçün 6 sinifli 120 yerlik yeni korpus tikilmiş, 234 nömrəli orta məktəbi qısa müddətdə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Binə qəsəbəsində 121 nomrəli məktəb üçün 20 sinifli 400 yerlik, Qala qəsəbəsində 185 nömrəli məktəb üçün 42 sinifli 840 yerlik yeni məktəb binası tikilmişdir. Buzovna qəsəbəsində 289, 246, Binə qəsəbəsində 317, 66 və 285 saylı uşaq bagçaları əsaslı təmir olunmuşdur. Türkan qəsəbəsində yeni uşaq bağçası tikilmişdir. Bundan başqa istirahət dövründə Təhsil Nazirliyi tərəfindən 322, 128, 149, 156, 237 nömrəli məktəblərdə cari təmir işləri görülmüşdür.

2012-2013-cu tədris ilində Xəzər rayonunda fəaliyyət göstərən 30 tam, 1 orta məktəbdə 27866 şagird təhsil alıb. Yeni tədris ilinin əvvəlində isə 31 məktəbdə 28126 şagird qeydə alınmışdır. Bütün məktəblərin 1-ci sinfinə 2918 şagird qəbul edilmişdir. Bu məktəblərin 1026 nəfər XI sinif şagirdi ali məktəblərə sənəd vermiş, 514 nəfəri ali məktəbə daxil olmuşdur. 13 nəfər 600-dən çox bal toplamışdır.

Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası ictimaiyyət, o cümlədən Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur. Azərbaycanın hansı bölgəsinə getsəniz, hər kəs Mehriban Əliyevanın öz seçki dairəsindən Milli Məclisin deputatı olmasını arzulayır. Onun təmsil etdiyi Xəzər rayonu hər gün inkişaf edir. Sadə insanlar bu qədər geniş fəaliyyət dairəsi olan bir insanın tez-tez onlara baş çəkərək problemləri, istəkləri ilə maraqlanmasını yüksək qiymətləndirir və qürur duyurlar. Çünki onları təmsil edən Milli Məclisin deputatı təkcə bölgəsi üçün deyil, dövləti və milləti üçünböyük işlər görən bir insandır. İnsanlar ona humanizmin simvolu kimi baxırlar. Prezident

İlham Əliyevin həyata keçirdiyi siyasətin ən böyük uğuru ondan ibarətdir ki, insanlar daha yaxşı yaşamaq istəməklə yanaşı, bunun üçün mövcud imkanlardan istifadəni də yüksək qiymətləndirirlər.

 

Vədlə əməlin real vəhdəti

 

Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Xəzər rayonunda da bu istiqamətdə ciddi işlər görülür. Hesabat dövründə Dövlət Proqramına müvafiq olaraq rayonun Şüvəlan qəsəbəsində 3 mərtəbəli Gənclər evi tikilmişdir. Burada gənclərin asudə vaxtlarının maraqlı, səmərəli keçirməsi, öz bilik və bacarıqlarını bölüşmək üçün lazımi şərait yaradılır.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bu günlərdə pensiya və əmək haqqları artırıldı. Bunu hələ dövlət başçısı Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləmişdi: "Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır". Həqiqətən də bu gün ölkəmizdə verilən vədlər, qarşıya qoyulan tapşırıqlar, qərarların icrası vaxtı-vaxtında həyata keçirilir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, insanların daha yaxşı yaşaması üçün əlindən gələni əsirgəməyən dövlət başçısı 2003-cü ildə prezident seçilərkən söylədiyi "Mən hər bir azərbaycanlının prezidenti olacağam" ifadəsi həqiqətən də təsdiqini tapdı.

 

Rayon prezident seçkilərinə tam hazırdır

 

2013-cü ilin 6 ayı ərzində RİH başçısı tərəfindən qəsəbələrdə 12 səyyar qəbul keçirilmiş, 824 nəfər iştirak etmiş və 42 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, sukanalizasiya, ictimai nəqliyyat problemləri və magistral yollarda piyada kecidi məsələləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş müraciətlərin  əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.

2013-cu il oktyabr ayının 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı işlər davam edir. Məntəqə seçki komissiyalarının normal şəraitində fəaliyyət göstərmələri üçün nə lazımdırsa edilir. Artıq məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilmiş, seçkilərin azad, ədalətli və demokratik şəraitdə keçirilməsinə ciddi  hazırlıq görülür.          

Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları yüksək rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu prinsip əsasında quran Xəzər RİH də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Xəzər rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında başlanmış yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hazırda Xəzər rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, ölkəmizdəki yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

 

Rauf ƏLİYEV,

 

Milli Məclisin deputatı

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 2.