Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Məlahət Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 24 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, M.Şahverdiyevanın cavabdehlər "Azərbaycan Sənaye Bankı" Açıq Səhmdar Cəmiyyətinə İbrahim İbrahimova qarşı 2010-cu il 5 aprel tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması həmin müqavilə üzrə ipoteka qoyulmuş mənzilin ipotekadan azad edilməsi iddiasına dair mülki üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 24 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü, 418.1-ci 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müddətdə yenidən baxılsın.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 9.