MDB Parlamentlərarası Assambleyası Müşahidə Missiyasının başçısı Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşmüşdür

 

Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin başçılıq etdiyi  Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB  Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının üzvləri sentyabrın 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşlər.

Mərkəzi Seçki Komissiyası Katibliyinin mediaictimai əlaqələr şöbəsindən bildirmişlər ki, qonaqları salamlayan MSK-nın sədri qarşıdan gələn seçkilərin ölkəmizin həyatında mühüm tarixi hadisə olduğunuböyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. O, MDB-dən olan müşahidəçilərin də qarşıdan gələn prezident seçkilərində müşahidəçilik etməsindən məmnun olduğunu bildirmişdir.

Missiyanın başçısı MDB-dən olan uzunmüddətli müşahidəçi-ekspertlərin artıq öz missiyalarını həyata keçirməyə başladıqlarını diqqətə çatdırmışdır. Qonaq həmin müşahidəçilərin ölkənin  ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkilinin şahidi olduqlarını nəzərə çatdırmışdır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən missiya rəhbəri hazırlıq işlərinin seçkilərin demokratik standartlara uyğun keçirilməsinə yönəlmiş şəkildə aparıldığını vurğulamışdır.

Görüşdə missiyanın fəaliyyətinin təşkili və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 9.