Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş
Qüdrət Müzəffər oğlu Həsənquliyevin
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınması haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR
¹ 25/140
2013-cü
il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyası
tərəfindən irəli sürülmüş
Qüdrət Müzəffər oğlu Həsənquliyevin
namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 avqust 2013-cü il tarixli 14/88 saylı qərarı ilə təsdiq
edilmişdir.
Namizədin
müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 6-da partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən namizədin qeydə
alınması üçün Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb namizədin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və
182-ci maddələrinə əsasən qərara alır:
1. Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş
Qüdrət Müzəffər oğlu Həsənquliyev
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınsın.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
11.09.2013
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 11.