Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyası istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının
açılış mərasimində iştirak
etmişdir.
Uşaqların
keyfiyyətli təhsil və dünya
standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi,
qayğı ilə əhatə olunması, onlar
üçün zəruri şəraitin
yaradılması, böyüməkdə olan
nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət
uşaq siyasətinin başlıca prinsiplərindəndir.
Dövlətin uşaq siyasətinə hər
zaman dəstək verən Heydər
Əliyev Fondu da bu istiqamətdə mühüm
layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq
dövlət proqramlarının qəbul edilməsi və həyata
keçirilməsi davamlı xarakter
almışdır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə
mərkəzləri tikilir, internat və orta məktəblər
əsaslı şəkildə yenidən qurulur.
Şəmkir şəhərində də yeni
inşa olunan Uşaq Akademiyası bu
sırada uğurla davam
etdirilən islahatların məntiqi nəticəsidir.
Dövlət
başçısı binanın rəmzi
açılışını bildirən lenti
kəsdi.
Bildirildi ki, Uşaq Akademiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.
Binanın tikintisinə ötən ilin
mayında başlanılmış, bu ilin iyununda başa
çatdırılmışdır. Akademiyada
uşaqların asudə vaxtlarının səmərəli təşkili
üçün hər cür
şərait yaradılmışdır. Xüsusi
tədris proqramları əsasında fəaliyyət göstərəcək
akademiyaya uşaqlar iki yaşından qəbul ediləcəklər.
Burada uşaqlarla dünyada məşhur olan
"Kiddie Academy"
tədris proqramı əsasında hazırlıq prosesi keçiriləcəkdir. Dünyanın
65-dən çox ölkəsində tədris
olunan bu proqram aparıcı məktəbəqədər
təhsil proqramlarından biridir.
Azərbaycan Prezidenti akademiyada
yaradılan şəraitlə tanış oldu.
Binanın
foyesində və otaqlarda ümummilli
lider Heydər Əliyevin, Prezident
İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri
qayğını əks etdirən fotolar
sərgilənir. Burada balacaların istirahəti
üçün xüsusi
guşələr yaradılmışdır. Binada
uşaqların keyfiyyətli tədrisi üçün
sinif otaqları, eləcə də mətbəx
və yeməkxana da balacaların
zövqünə uyğun qurulmuşdur.
Bundan başqa, akademiyada dörd yataq otağı, incəsənətə maraq göstərən uşaqlar
üçün isə art-studiya
vardır.
AzərTAc
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 2.