Şəmkir hərbi
birləşməsinin hərbi şəhərciyində
aparılan abadlıq-quruculuq işləri ilə
tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev Şəmkir
hərbi birləşməsinin hərbi şəhərciyində
aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.
Şəmkir hərbi
birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevə raport verdi.
Ali Baş
Komandan İlham
Əliyev Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin hərbi hissənin
ərazisindəki büstü önünə
gül dəstəsi qoydu.
Dövlət
başçısı hərbi hissənin ərazisində yeni inşa edilən əsgər
klubu ilə tanış oldu.
Məlumat verildi ki, əsgər klubunun girişində Heydər Əliyev Muzeyi yaradılmışdır. Burada, həmçinin müasir
standartlara cavab verən
500 nəfərlik tamaşaçı zalı, kitabxana,
oxu zalı, kompyuter
otağı, müxtəlif dərnəklər fəaliyyət
göstərir.
Ali Baş
Komandan üç binadan ibarət əsgər yataqxanası ilə
tanış oldu.
Bildirildi ki, burada şəxsi heyətin
asudə vaxtının səmərəli təşkili üçün idman
guşələri, istirahət otaqları vardır. Şəxsi
heyətin məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə
yaradılmış otaqlar bütün
növ avadanlıqla təchiz olunmuşdur. Yataqxanalardakı ideoloji
otaqlarda şəxsi heyətin hərbi tərbiyəsinin
və mənəvi-psixoloji hazırlığının
yüksəldilməsi üçün tədbirlər
həyata keçirilir. Hərbi şəhərcikdə
sıra meydanı, idman şəhərciyi
və hovuz yenidən qurulmuşdur.
Burada tribuna, futbol, basketbol, voleybol, tennis
meydançaları, maneələr zolağı, şəxsi
heyətin güc
çalışmaları üçün
müxtəlif idman alətləri, əlbəyaxa
döyüş meydançası və üzgüçülük idmanı ilə məşğul
olmaq üçün
hovuz fəaliyyət göstərir. Hərbi
hissədə hamam, camaşırxana və
qazanxana binaları tikilmişdir.
Ali Baş
Komandan hərbi hissənin tibb
məntəqəsi ilə də tanış oldu.
Diqqətə
çatdırıldı ki, burada tibb elminin
ən son nailiyyətləri əsasında
yaradılmış avadanlıq
quraşdırılmışdır.
Prezident İlham
Əliyev 1500 nəfərlik əsgər yeməkxanasına
baxdı.
Qeyd edildi
ki, burada nəzarət-buraxılış
məntəqəsi, valideynlərlə görüş
otağı da yenidən inşa
olunmuşdur.
Ali Baş
Komandan İlham
Əliyev hərbi hissənin ərazisində aparılan
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi barədə müvafiq
göstərişlərini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 4.