Azərbaycan ilə Monteneqro arasındakı əlaqələr yüksək səviyyədədir

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqroya səfəri çərçivəsində bu ölkənin Prezidenti Filip Vuyanoviçlə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monteneqro dövlətinin başçısı Filip Vuyanoviçə çatdırmışdır. Baş nazirin müavini Azərbaycan ilə Monteneqro arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir.

Filip Vuyanoviç öz növbəsində Prezident İlham Əliyevə salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırmağı xahiş etmişdir. O özünün Azərbaycana, Prezident İlham Əliyevin isə Monteneqroya səfərinin ölkələrimiz arasında əlaqələrin dərinləşməsində mühüm rol oynadığını vurğulamışdır.

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.