Müstəqil Dövlətlər Birliyi Müşahidə Missiyasının üzvləri Xarici İşlər Nazirliyində olmuşlar

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Nadir Hüseynov sentyabrın 11-də Müstəqil Dövlətlər Birliyi Müşahidə Missiyasının üzvləri qismində MDB İcraiyyə Komitəsi sədrinin icraçı katibinin birinci müavini Vladimir Qarkun və Müşahidə Missiyasının fəaliyyətinin təşkili şöbəsinin müdiri Yevgeni Sloboda ilə görüşmüşdür.

Xarici İşlər Nazirlinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Nadir Hüseynov xaricdə yaşayan Azərbaycan vətəndaşlarının oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərində səsvermə hüquqlarının həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarında müvafiq seçki məntəqələri yaradılmışdır.

Müşahidə Missiyasının üzvü Vladimir Qarkun bildirmişdir ki, seçkiqabağı vəziyyəti öyrənmək üçün MDB missiyasının 20 nəfərlik heyəti Azərbaycanda yaradılmış qərargahda fəaliyyət göstərir. Missiyanın tərkibinə 300 nəfər qısamüddətli müşahidəçinin daxil olacağını deyən V.Qarkun onların əsasən deputatlardanseçki komissiyalarının sədrlərindən ibarət olacağını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.