Prezident İlham
Əliyev Sudanın Azərbaycandakı səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Sudan Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqın
etimadnaməsini qəbul etmişdir.
Səfir Mohamed Elias Mohamed
əl-Haq fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Mohamed Elias Mohamed əl-Haq etimadnaməsini Prezident
İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev
səfirlə söhbət etdi.
Dövlət
başçısı Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında ikitərəfli əlaqələrin
uğurla inkişaf edəcəyinə
əminliyini ifadə etdi. Siyasi münasibətlərimizin
yaxşı səviyyədə olduğunu
qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın
iqtisadi, enerji, kənd
təsərrüfatı, təhsil və digər sahələrdə inkişaf
etdirilməsi üçün də
yaxşı imkanların olduğunu dedi. Ölkələrimizin BMT-də, İslam Əməkdaşlıq Təşkilatında
və digər beynəlxalq qurumlarda fəal
əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığı daha da genişləndirməyin
önəmini qeyd etdi.
Prezident İlham
Əliyev səfirin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi
işinə öz töhfəsini verəcəyinə
ümidvar olduğunu bildirdi.
Fövqəladə
və səlahiyyətli səfir Mohamed Elias Mohamed əl-Haq Sudan Respublikasının Prezidenti
Ömər Həsən Əhməd əl-Bəşirin
salamlarını dövlət başçısına
çatdırdı. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin
genişləndirilməsinə böyük
önəm verdiyini dedi. Mohamed
Elias Mohamed əl-Haq
ölkəmizdəki diplomatik fəaliyyəti
dövründə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi
işində səylərini əsirgəməyəcəyinə
əminliyini ifadə etdi.
Dövlət
başçısı Prezident Ömər
Həsən Əhməd əl-Bəşirin salamlarına
görə minnətdarlığını bildirdi,
onun da
salamlarını Sudan dövlətinin
başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 3.